Niderlandda yaşayan həmyerlimizin Avropa Xəbər Agentliyində yazısı yayımlanıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Niderlandda yaşayan həmyerlimiz, Avropa Xəbər Agentliyinin əməkdaşı Vüqar Abbasovun bugünlərdə, mərkəzi idarəsi Almaniyada olan, Avropa Xəbər Agentliyində (European News Agency) Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı yazısı yayımlanıb (Adalet.az). Yazıda soydaşımız təxminən 30 il öncə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən, bu barədə BMT – nin dörd qətnaməsindən, Xocalı soyqrımından söhbət açıb. “Məlumat üçün qeyd edim ki, Ermənistan təxminən otuz il öncə Azərbaycanın ərazisi olan Dağlıq Qarbağ (o zaman belə adlanırdı, indi isə sadəcə Qarabağ adlanır) və yeddi rayonunu işğal etmişdi. 27 sentyabr 2020 – ci ildə başlayan və 10 noyabr 2020 – ci ildə bitən 44 günlük müharibə ilə Azərbaycan öz ərazilərinin bir hissəsini işğaldan azad etdi.” – deyə soydaşımız yazıb. Soydaşımız həmçini qeyd edib ki, Azərbaycan tərəfinin mövqeyi belədir ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər də Azərbaycanın digər bölgələri kimi Qarabağda da yaşaya bilərlər. Daha sonra Vüqar Abbasov “Dünyanın bir çox ölkələrinin rəhbərləri də bu durumdan naratlğını ifadə ediblər. Anlaşılan ola bilərdi, əgər həmən dövlətlər 1992 – ci ildə Azərbaycanın ərazisi olan, o zamankı Dağlıq Qarabağ və digər yeddi rayon işğal olunanda, bir milyona yaxın insan öz yaşayış yerini tərk edəndə də narahat olsa idilər. Anlaşılardı, əgər 1992 – ci ilin 26 fevralında Xocalıda baş verənlərə də həssas münasibət bildirilsə idi. Amma bunu görmədik. Özümə sual edirəm, görəsən nədən görmədik? Həmçinin sual edirəm, görəsən bu gün baş verənlərdən narahat olan bəzi dövlət başçıları bu narahatlıqlaırnda nə qədər səmimidirlər?” – deyə sual edib. Sonda isə soydaşımız Ermənistanın 30 il öncə Azərbaycan torpaqlarını Rusiyanın köməkliyi ilə işğal etdiyini qeyd edərək yazısını bu cümlələrlə bitirib: “Məsələ əslində çox fərqlidir. Böyük güclərin Qafqazda güc yarışmasıdır, maraqlarının təmin edilməsi savaşıdır. İllərdir Rusiya və bir çox Qərb dövlətləri Ermənistana tərəf saxladı, kimsə bunları görmədi. Bu gün Türkiyə Azərbaycana tərəf saxlayır, əslində isə haqlı tərəfə tərəfkeşlik edir. Bir çoxları isə bundan narahat olurlar. Məncə, narahat olmağına dəyməz. Əgər belə narahatdırlarsa, Qafqaza rahatlıq versinlər və imkan versinlər ki, bu iki xalq, Erməni və Azərbaycan xalqı öz talelərinə özləri qərar versinlər İnanıram ki, belə olduğu halda, bu münaqişə, bir daha yenidən başlamamaq şərti ilə, sona çatar. ”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR