Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb.

Son statistikaya əsasən, ən çox yoluxma Binəqədi, Yasamal, Xətai rayonlarındadır.  Binəqədidə yoluxma 12.3 faiz, Yasamalda 12.2 faiz, Xətaidə 12.2 faiz, Sabunçuda 11.7 faiz, Nəsimidə 11.9 faiz, Suraxanıda  9.2 faiz, Nərimanovda 8.8 faiz, Nizamidə 7.9 faiz, Qaradağda 6.0 faiz, Xəzər rayonunda 4.3 faiz, Səbaildə 4.2 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 min 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 min 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 min 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR