Misirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Qurani Kərimin hafizləri arasında müsabiqə təşkil edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirir. Bu ilin iyulunda elan edilmiş Qurani Kərimin hafizləri arasında müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqə iştirakçılarının mükafatlandırma tədbirində çıxış edən Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirildiyini bildirib. O qeyd edib ki, Qurani Kərimin hafizləri arasında keçirilən müsabiqə də bu qəbildəndir. Ulu Öndərin həyatından bəhs edən S.Nəsirov ölkəmizdə 30 il öncə baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayıb. Bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmasına sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub.
Tədbirdə çıxış edən, Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin xarici əlaqələr üzrə baş direktoru Bağdadi İmam bildirib ki, iki ölkə arasında dostluq əlaqələri qədim tarixə söykənir və xalqlarımızı bir-birinə böyük hörmət və doğmalıq hissləri bağlayır.
Qeyd edək ki, müsabiqənin iştirakçılarına diplomlar və 6 qalibə pul mükafatı verilib. Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunmuş müsabiqələrin 5 qalibinin isə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycana səfəri nəzərdə tutulur. Müsabiqədə misirli və Misirdə yaşayan əcnəbilər iştirak edib.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR