“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində 7 pillə irəliləyib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.

Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, 500-dən artıq komandanın yer aldığı siyahıda Azərbaycan 3 klubla təmsil olunub.
Hesabında 139 xal olan Ağdamın “Qarabağ” klubu 7 pillə irəliləyərək 78-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçikanın “Gent” klubu 114 xalla 109-cu pillədə qərarlaşıb.
“Neftçi” və “Zirə”nin də reytinqdə irəliləyiş müşahidə olunub. “Neftçi” 66,5 xalla 290-cı, “Zirə” isə 50,2 xalla 478-ci yerə yüksəliblər.
Reytinq cədvəlinə 299 xalla Braziliyanın “Flamenqo” komandası başçılıq edir. “Palmeyras” (Braziliya) 284 xalla ikinci, İngiltərənin “Liverpul” komandası 273 xalla ilk üçlüyü tamamlayıblar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR