Ölkəmizin nüfuzuna xələl gətirənlər gec-tez ifşa olunur – Ziyalı baxışı
Cənab Prezident İlham Əliyevin göstərişi ilə 2018-ci ildən başlanılmış dövlət idarəçiliyinin bütün sahələrində kadr islahatlarının keçirilməsi bu gün də davam edir və öz müsbət nəticələrini verməkdədir.
Bu uğurlar, bu reallıqlar əhalinin böyük bir hissəsinin ürəyindən olur və məmnunluq hissi ilə qarşılanır. Ancaq bütün bu səylərə baxmayaraq respublikada neqativ hallar da üzə çıxır və narazılıqlara səbəb olur.
Buna misal olaraq Astara, Biləsuvar, Neftçala rayonlarını və Yevlax şəhərinin icra başçılarının, bir sıra rayon-qəsəbə icra nümayəndələrinin törətdikləri cinayət əməllərinin üzə çıxarılması Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən aşkar olunmuş və onların həbsi təmin olunmuşdur.
Bunlardan nəticə çıxarmayanlar da olub. Belə ki, İmişli rayon icra başçısı və onun bir neçə məsul işçisinin əməlləri faktlarla ifşa olunmuş və onlar da həbs edilmişlər. Baxmayaraq ki, cənab Prezident İlham Əliyev ictimaiyyətlə bütün görüşlərində məmurlara tapşırıqlar verir, xalqa sədaqətlə xidmət etməyi, onların qayğısına qalmağı tövsiyə edir, ancaq yenə də bəd-əməl sahibləri üzə çıxır, inkişafda olan ölkəmizin nüfuzuna xələl gətirməyə davam edirlər.
Bir tərəfdən işğalçı Ermənistanın çoxsaylı vandalizmə məruz qalan mədəni irslərimizi məhv etməyi davam edir, digər tərəfdən isə mədəniyyətimizin keşiyində duran məmurlar cinayət yolu seçərək həmin sahəyə ayrılan vəsaitin külli miqdarını mənisməyirlər…
Tam reallıqla ifşa edilən Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun, Mədəni İrsin Qorunması və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun cinayət əməlləri üzə çıxarılmışdır. Bütün bu neqativ, cinayət xarakterli hadisələr inkişafda olan ölkəmizin adına böyük ləkələr vurur.
Ancaq biz əminik ki, respublikamızda cənab Prezidentin apardığı islahatlar nəticəsində belə halların qarşısı qətiyyətlə alınır və lazımı tədbirlər görülür.