" />

“Tarixi yaddaşımızdan silinməyən soyqırım”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

31 mart 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində 31 Mart–Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov və Fəzail İbrahimli iştirak ediblər.

Tədbirdə soyqırım qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbiri açan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən dəhşətli soyqırımı aktının həyata keçirildiyini, ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini qeyd edib.

A.Qasımov erməni- bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 yanvar 2018-ci il tarixdə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladığını və bu sərəncama müvafiq olaraq həm ölkədə, həm də xaricdə müvafiq tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

“Tarixi yaddaşımızdan silinməyən soyqırım” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin deputatı Fəzail İbrahimli 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli faciələrdən birinin də Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar olduğunu söyləyib.

1918-ci ilin martında milli mənsubiyyətinə görə minlərlə azərbaycanlının qətlə yetirildiyini, evlərin yandırıldığını, milli arxitektura abidələrinin, məktəblərin, xəstəxanaların, məscidlərin və digər tikililərin dağıdıldığını, Bakının çox hissəsinin xarabalığa çevrildiyini diqqətə çatdırıb. Azərbaycanlıların soyqırımının Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə xüsusi qəddarlıqla həyata keçirildiyini, bu ərazilərdə dinc əhalinin kütləvi şəkildə məhv edildiyini, kəndlərin yandırıldığını söyləyib.
Natiq 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər tərəfindən 50000 azərbaycanlının qətlə yetirildiyini, evlərin qarət edildiyini, on minlərlə şəxsin evlərindən qovulduğunu, təkcə Bakıda 30000 nəfərin xüsusi qəddarlıqla qətlə yetirildiyini qeyd edib. 1918-ci il 31 mart soyqırımının ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazıldığını söyləyən Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verildiyini, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü diqqətə çatdırıblar.
Natiqlər, həmçinin Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılaraq saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürlərin dəyişdirilməsinin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıblar.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR