" />

TAİB-də “Türkün şanlı şəhidi” adlı kitabın təqdimatı keçirilib – FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi – TAİB-in mərkəzi ofisində Qadınlar Şurasının üzvü, tanınmış şairə Sara Göyçəlinin Türkiyə şəhidi Oguzhan Kamana həsr etdiyi “Türkün şanlı şəhidi” adlı kitabının təqdimat mərasimi keçirilib

Agsaqqallar.com xəbər verir ki, tədbirdə TAİB-in İdarə Heyətinin üzvləri, sədr müavinləri, Qadınlar Şurasının və Gənclər Təşkilatının üzvləri, 44 günlük Vətən müharibəsinin iştirakçıları, o cümlədən qonaqlar iştirak ediblər.

Əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan təşkilatın sədr müavini, tanınmış jurnalist Şərafət Şəfa iştirakçıları salamlayaraq Sara Göyçəlinin fəaliyyətilə bağlı və Türk şəhidinə həsr olunmuş kitab haqqında qısa məlumat verib.

Daha sonra AMEA-nın Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya elmləri doktoru Xuraman Hümbətovanın moderatorluğu ilə davam edən tədbirdə çıxış edən təşkilat üzvləri və qonaqlar Sara xanımın fəaliyyətindən, onun ərsəyə gətirdiyi kitabın təkcə Türkiyə üçün deyil, bütünlükdə Türk dünyası üçün önəmindən söhbət açıblar. Vətən uğrunda canından keçən hər bir Türk əsgəri – türk şəhidinin bütün türk ölkələri üçün müqəddəs olduğu vurğulanıb. Bildirilib ki, Sara xanımın bu addımı Azərbaycan Türkiyə qardaşlığının bir daha bariz nümunəsidir. “İki qardaş ölkənin əsgəri də, şəhidi də bizimdir!” -deyə çıxışlarda qeyd olunub. O da vurğulanıb ki, bu gün Turk dünyasında birlik və bərabərlik yolunda addımlayan Türk dövlətləri rəhbərləri ilə bərabər vətəndaş cəmiyyəti institutları da öz növbəsində ədəbi, mədəni sahələrdə fəaliyyət göstərərək qardaşlığı, birliyi nümayiş etdirirlər. Sara xanımın ərsəyə gətirdiyi bu kitab da qardaşlığın sarsılmazlığını ehtiva edir.

Tədbirdə iştirak edən II Qarabağ Vətən Müharibəsinin qaziləri də çıxışlarında Sara xanımın şairə olmaqla bərabər, bir tibb işçisi olaraq yaralı hərbiçilərə ana qayğısıyla yanaşdığını, hər birinə böyük şəfqətlə qulluq etdiyini bildiriblər. Onlar həmin vaxtlarda Sara xanımın hərbiçilərə həsr etdiyi “Qazilər” kitabının da tez bir zamanda çap olunmasından məmnun qaldıqlarını dilə gətiriblər.

Qeyd edək ki, Sara xanımın təqdimatı keçirilən “Türkün şanlı şəhidi” kitabı ilk dəfə keçən il Türkiyənin Ceyhan şəhərində rəsmi səviyyədə qeyd olunub. Bir Azərbaycan xanımı, türk qızının aylarla araşdırma aparması, Türkiyənin müxtəlif bölgələrində, şəhid əsgərin olduğu ərazilərdə olması və kitabın çap olunması qardaş Türkiyədə böyük ehtiramla qarşılanıb, böyük qiymət verilib.

Tədbirin sonunda Sara Göyçəli Türk dövlətləri arasında əlaqələrin inkişafına görə TAİB tərəfindən Fəxri diplomla mükafatlandırılıb, həmçinin təşkilatdakı aktivliyinə görə Qadınlar Şurasının sədr müavini secilib.

Qeyd edək ki tədbirdə TAİB-in İdarə Heyətinin üzvləri, qonaqlardan Respublikanın xalq artisti Eldost Bayram, xalçaçı rəssam Minurə xanım, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Fəlsəfə və sosial elmlər kafedrasının baş müəllimi Fazilə Yəhya (Hüseynli), mügənni Əli Hüseynli, Lütfiyar Nəsibov alim, araşdırmaçı yazar, QAİB sədr müavini, şairə Bela Zəngibasarlı, ATU TƏBİB qəzetinin əməkdaşı QAİB sədr müavini Qabil Zimistan oğlu, qazilərimiz Şiraz Həsənov, Fəzamir Məmmədov və Vüsal Həsənov, 200 saylı məktəb litsey kompleksində əməkdar müəllimə Rahibə Həsənova, şairə Zeynəb Bəhmənli, gürcü yazar, publisist Anna Bartkulaşvili, AYB-nin üzvü, şairə publisist Səadət xanım Novruz qızı və Cəmilə Şərifova çıxış ediblər.

Sonda xatirə şəkli çəkilib.

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR