Uşağımı müəllim vura bilməz yoxsa “əti sənin sümüyü mənim deyən valideyn?-Müəlim şərh elədi
Bu gün xəbər saytların birində başlıq yazılmışdı”valideyn müəllimi məhkəməyə verdi”. Xəbəri oxumazdan əvvəl elə bildim yenə dünyanın hansısa ölkəsində baş verib,oxuyan zaman zaman aydın oldu ki,elə ölkəmizdə baş verib.Demirəm müəllimi məhkəməyə vermək olmaz,əgər verilməlidirsə ver ,sadəcə insafını itirmə…Həmçinin müəllim də vicdanını daim yadına salsın.
Keçək əsas məsələyə.D oğrudur müəllim şərəfli peşədir,sözsüz,yaxşı ki həqiqətən bu peşəni seçmişəm.Bəzən deyirlər ki,rahat peşədir səhər gedib günorta gəlirsən.Ama içində olan bilir ki,həmçinin necə çətin peşadir.Həm uşaqları idarə et,həm direktor və müavinləri , valideynləri razı sal.Son zamanlar bəzi valideynlərin məktəbdə uşaqlarının vurulmasına çox sərt reyaksiya verir.Düzdür qanunla belə qadağandı uşağı vurmaq,mən bir söz demirəm,ancaq bizim vaxtdan müəllim bizi vururdu,valideynlər gəlib deyirdi ki,”bas gözünü çıxart,əti sənin sümüyü mənim,təki oxusun,nə olurdu onda?Düzdür şagird olan vaxtlarımdan unutmamışam ,müəllimlər öz aralarında danışırdılar,filankəsi vurma qəti valideyni şikayət edir.O vaxtı,beş valideyn elə düşünürdüsə,indi onun on qatı qədər valideynlrə fikirlərini dəyişiblər ki,uşağımı müəllim vura bilməz.Mən şagird vurmağın tərəfdarı deyiləm ,əsla,ancaq bu qədər də müəllimin üstünə düşmək olmaz axı?Doğrudur bəzən elə “müəllimlərimiz” var ki,uşaqla yersiz söhbətlərə görə(xüsusən repititorluq)prinsip aparırlar.Ancaq belə insanlar müəllim adına ləkə gətirən “pedaqoqlardı”.Uşağa iki yazırsan valideyn,rəhbərlik deyir onda belə çıxır ki,dərs keçməmisən,bəzi şagirdlərin valideynini çağırırsan gəldiyinə peşman edir,”müəlllimi oğru çıxardır”.Sonda bunu bilin ki,müəllim sizin uşaqlar üçün çalışır.Şagirdin uğuru valideynlə bərabər müəllimin uğurudur.Daim müəllimi anlayan başa düşən ,hörmət edən valideynlər isə sükanı belə saxlayın,başa düşməyənlərə isə nə deyim,qərar sizindi,”quyuya su tökməklə dolmaz,gərək su quyunun dibindən çıxa.