" />

Türk Ağsaqqalları Birliyi-TAİB Azərbaycan gənclərini bayram münasibətilə təbrik edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün Gənclər günüdür!
Azərbaycan gəncliyi öz şücaətini II Qarabağ- 44 günlük Vətən Müharibəsində göstərərək əzmkarlıq və fədakarlığını bir daha nümayiş etdirmiş oldu. Bütün Türk düyasına Zəfər sevincini yaşatdı.
Hər kəsə məlumdur ki, Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin 1-ci forumu keçirilmişdir.
Əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün onun layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev cənablarının yürütdüyü gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığına malik, yüksək intellektli, geniş dünyagörüşlü yeni nəsil yetişmişdir. Dövlətin gənclərə verdiyi yüksək dəyərin nəticəsidir ki, bu gün biz fəxrlə deyə bilirik, Azərbaycan gəncliyi mükəmməl gücə və zəkaya malikdir.
Əziz gənclər!
Bu gün yüksək vətənpərvərlik ruhunda yetişən sağlam düşüncəli gənc nəsil Vətən uğrunda hər iki cəbhədə fədakarcasına yüksək ruhla vuruşmaqdadır. Təmsil etdiyim Türk Ağsaqqalları Birliyi- TAİB-in bütün üzvləri adından sizləri bayram münasibətilə təbrik edirəm. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafınd asıx birləşməyiniz biz ağsaqqalların köksünü fəxarət hissilə doldurur.
Biz sizlərlə qürur duyuruq.
Sizə daim uğur və nailiyyətlər arzulayırıq.
Bayramınız mübarək!
Hörmətlə,
Akademik Sudeif İmamverdiyev,
TAİB-in Təşkilat Komitəsinin sədri”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR