BİZƏ YAZIRLAR!!! ““Türk Dünyası Ağsaqqalları” qəzeti çox maraqlı tərtib edilir, diqqəti cəlb edən materiallar, həyatın müxtəlif sahələrindən məlumatlar, dünya xəbərləri, böyük və kiçik məsələlər dərc edilir”.
Bu yaxınlarda redaksiyamıza bir məktub daxil olub. Məktubu olduğu kimi sizlərə təqdim edirik.
“QİYMƏT VERƏN HƏR BİR KƏSƏ TƏŞƏKKÜR!!!”
Hörmətli redaksiya və oxucular!
Hörmətli baş redaktor Ramin Əhmədov!
Mənim mətbuat orqanlarının işçilərinə, müxbirlərinə, redaktorlarına və qəzetlərlə əməkdaşlıq edən bütün insanlara çox böyük hörmətim var. 1968 – 1981-ci illərdə “pioner”, “Azərbaycan gəncləri”, “Ulduz”, “Molodej azerbaydjana”, “Sumqayit”, “Komsomolskaya pravda” qəzet və jurnalları ilə əməkdaşlıq etmişəm. Hər birinin güclü redaksiya heyətləri olmuşdur.
Mən, ehtiyatda olan polkovnik artıq bir neçə ildir respublika Ağsaqqallar Şurasının orqanı olan “Türk Dünyası Ağsaqqalları” qəzeti ilə əməkdaşlıq edirəm. Demək olar ki, hər gün 3-5 müxtəlif respublika qəzetlərini izləyirəm. Qəzetlərdə müxtəlif hadisələrə və məqalələrə yer verilir. Cəsarətlə demək olar ki, “Türk Dünyası Ağsaqqalları” qəzeti çox maraqlı tərtib edilir, diqqəti cəlb edən materiallar, həyatın müxtəlif sahələrindən məlumatlar, dünya xəbərləri, böyük və kiçik məsələlər dərc edilir. Bütün bu əziyyətli işin öhdəsindən gələn redaksiya heyətinə eşq olsun!
Xüsusi ilə mayın 28-də doğum gününü qeyd etmiş Şərafət xanımın əməyi əvəzsizdir. Şərafət xanım! Fürsətdən istifadə edib, Sizin ad gününüzü təbrik edirik. Sizə həyatda xoş günlər, peşakar işinizdə daima yüksəklik, uğurlar arzu edirik.
Sizin şəxsiyyətinizi, insansevərliyinizi, gözəlliyinizi və əməyinizi layiqincə qiymətləndirərək, Heydər Əliyev adına Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının baş müəllimi Nobel Muradxanov Sizə şeir həsr edib. Onu Sizə və oxucularımıza təqdim edirik. Diqqətinizə çatdıraq ki, şeirin hər bəndin baş hərfi Sizin ad, soyadınızın bir hərfi ilə bağlıdır.
Şairlik yox idi fikirimdə mənim,
Əgər təsadüfən görüşməsəydik.
Ram olmuş hissimi, fikirlərimi,
Azad bir məkanda bölüşməsəydik.
Fəqət, böyük bir uçurum, xeyli yaş fərqi,
Əlimi, qolumu yanıma salmış,
Taleyimi mənim əlimdən almış.
Şəninə nə qədər xoş söz desələr,
Əzəmətlə dolu vüqara azdır.
Füsünkar görkəmin, ülkər qamətin,
Aləmə xoş gələn bahardır, yazdır.
Nobel Muradxan
Bakı şəhəri
Bir daha təbrik edərək, Sizə uzun ömür, qələminizin həmişə iti olmağını arzu edirik.
Sücəddin Abdullayev,
ehtiyatda olan polkovnik