Kukla teatrında “O olmasın bu olsun” operettasına  ilk səhnə quruluşu verən rejissor

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Respublikanın əməkdar artisti Yusif Abdurahmanov

Bizim qəribə məziyyətlərimiz var. Yanımızdakı dühaları görməyib, uzaqlardan düha axtarmağa başlayırıq. Yanımızdakı müdriklikdən bəhrələnmək üçün başqalarının ona rəy verməsini gözləyir, sonra qiymətləndirir, dəyərini anlayırıq. Tərs mütənasib…

Qohumluq əlaqələrimiz olduğuna görə, mən onu uşaqlıq vaxtlarımdan tanıyıram. Sakit təbiətli, kimsənin xətrinə dəyməyən və daim düşüncəli!

Böyük filosof  Əbu Türxan deyir ki, alimin tanınması üçün onun öz kəşfləri kifayət deyil, gərək onun özünü də kəşf edənlər olsun. Səndə olmayanlar səndə olandan qat-qat çoxdur. Amma səndə olanın qədrini bilsən, o, səndə olmayanların hamısını əvəz edəcək qədərdir. Bütün bunların fonunda mən də bir qələm əhli olaraq, bizə doğma, əziz olan bu insanı yenidən kəşf etmək qərarına gəldim.

Yusif Fikrət oglu Abdurahmanov 1968-ci il sentyabrın 25-də Qax rayonunun Almalı kəndində anadan olub. 1975-1985-ci illərdə Almalı kənd tam orta məktəbində təhsil alıb. 1985-ci ildə Krupskaya adına Bakı Mədəni Maarif texnikumunun rejissorluq fakultəsinə qəbul olub. 1986-1988-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra, 1989-cu ildə texnikumu bitirərək Qax rayon Mədəniyyət evində fəaliyyət göstərən Xalq Kukla Teatrinda aktyor kimi fəaliyyətə başlamışdır. Teatrda uzun illər teatrın aparıcı aktyoru kimi fəaliyyət göstərmişdir.  Özünü rejissor kimi sınamağa başlayır. Özünəəminlik, onun həyat meyarı kimi,  yenə də qolundan tutur və özünü tam səhnəyə adaptasiya edən Yusif Abdurahmanov 2001-ci ildən teatrda rejissor kimi çalışmağa başlayır. Tür

k rejissor-ssenaristi Zeki Demirkubuz deyir ki, sənət mənə ortaya bir şey qoymaq, həyat haqqında deyilməsi bir az da çətin, bəlkə də hər kəs tərəfindən qəbul edilməyən, ideoloji və dominant fikirlərin xaricində bir iş görmək fürsəti və azadlığı verir. Bu azadlıqda qanadlanan Yusif Abdurahmanov daha böyük uğurl

ara imza atır. Kukıla teatrının səhnəsi ona öz evi qədər dogma olduğu üçün, böyük məhəbbətlə səhnəyə quruluş verir. Onun  2005-ci ildə səhnə quruluşu verdiyi Tofiq Kərimin qələmə aldiğı “Quyruqsuz ulağın sərgüzəştləri” tamaşası Türkiyənin İzmir şəhərində keçirilən “Kölgə və kukla tamaşaları” festivalında iştirak etmiş və qranpriyə layiq görülür. 19 tamaşaya səhnə quruluşu verən rejissor 2009-cu ildə ölkəmizdə ilk dəfə olaraq Kukla Teatrının səhnəsində klassikaya müraciət edərək, Ü. Hacıbəyovun “O olmasın bu olsun” operettasına səhnə quruluşu verir və tamaşa uğurlu alınır. 2014-cü ildə “Turp” (pantomim) tamaşası ilə Rusiyanın Astraxan şəhərində keçirilən “Beynəlxalq kukla tamaşaları festivalı”-ında iştirak etmiş festivalın ən yüksək naminasiyasına “Ən yaxşı rejissor” adına layiq görülərək, xüsusi diplomla təltif olunmuşdur.
Yusif Abdurahmanov 2013-cü ildə Azərbaycan Mədəniyyət və Turizm nazirliyi tərəfindən təsis edilmiş “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur.  O, 2006-cı ildən bu günədək Qax Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışır. Ekspertlər hesab edirlər ki, mədəni özünəməxsusluq rəqəmlərlə deyil, keyfiyyətlə ölçülür. Məsələ heç də mədəniyyətə nə qədər investisiya qoyulmasında deyil, son məhsulun keyfiyyətindədir. Bütün bunlara önəm verən Yusif bəyin əməyi dövlət tərəfindən qiymətləndirilir və o, 2018-ci ildə Respublikanın əməkdar artisti fəxri adına və Prezident Mükafatına layiq görülür. Qeyd edim ki, 1992-ci ildən teatr dövlət statusu alaraq, Qax Dövlət Kukla Teatrı kimi fəaliyyət göstərir.

İndiyə qədər mən elə düşünürdüm ki, Yusif Abdurahmanov fleqmatik insandır.  Onun sakit təbiəti bu düşüncəni ehtiva edirdi. Bu mənim subyektiv fikrimdi. Bəlkə də uzaqlıq, yaxın təmasda olmamağımdan yürüdülən bir fikirdi. Əslində,  psixoloqların fikrincə, fleqmatik tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə onlar alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Bir sözlə, onlar gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar.

Tanınmış jurnalist İlqar Həsənovun Qax barədə yazdığı “ Qax reallıqları: gəlin, görün…” adlı yazısında qaxlıların xarakterini aydın izah edir. Müəllif Qaxlılar barədə belə yazır: “Rayon qəzetinin baş redaktoru Novruz Şabanovla söhbətimizdə Qaxın taxta qapılarından tutmuş tarixi abidələrinə, təbiətin gözəlliyindən tutmuş mətbəxinin ləzizliyinə, İçəri bazarın bilinməz  tarixindən insanların qeyri-adi xarakterlərinə qədər çox şeydən danışdıq. Sonra həmsöhbətim gülümsünərək “Növbəti yazılardan birinin adını dünyanın bütün xarakterlərini yaşadan  qaxlılar” qoyarsınız”-dedi. Əvvəlcə bu eyhamın nəyə işarə olduğunu bilməsəm də, dərhal yadıma düşdü. Düz iki il əvvəl, avqustun bu günlərində bu rayondan hazırladığım materialın adı belə idi: “Qax: dünyanın bütün rənglərini yaşadan diyar”. Həmkarım haqlı idi. Həqiqətən burada dünyanın ən yaxşı insan xarakterlərinin hamısına rast gəlmək mümkündür. Bunun üçün isə sadəcə Qaxa gəlib onlarla təmasda olmaq kifayətdir…”. Bəli, qaxlı biri kimi sizə əminliklə deyirəm ki,  Qaxa yolunuz düşsə mütləq yolunuzu Kukla Teatrından salın. Yusif müəllimi soruşun. Qarşılaşdığınızda, çox doğma, sanki illərlə sizə əziz olan  biri ilə görüşürsüzmüş kimi özünüzü rahat və sevincli hiss edəcəksiz. Bizim qaxlıların  hamısı belədirlər! Ehtiramlı və istiqanlı!

Bir səhnədə dondan dona girən, gah xan, gah kölə, gah aqil, gah nadan, gah mələk, gah şeytan ola bilən aktyorlar və bunu yaradan rejissorlar həyatın rənglərini satın almış insanlardır. Müxtəlif insanların xarakterini səhnədə canlandırmaq böyük əmək tələb etməklə yanaşı, möhkəm psixoloji iradə tələb edir. Nəriman Həsənzadənin təbirincə desəm, bir sənət ömrünü qazanmaq üçün, bir insan ömrünü girov qoyanlar!

Dünyada ən gözəl şey uşaqlara sevinc verməkdi. Onlara dünyanın rənglərini göstərərək inkişaflarına təkan vermək insanlığa xidmətdi. Jan Jak Rusoo deyir ki, əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz. Oyuncaqlar uşaqları inkişaf etdirir, heyvanlar isə onlarda fədakarlığı tərbiyə edir. Uşaqları yaxşı böyütməyin ən yaxşı yolu onları sevindirməkdir. Bu sevinci yaşadanlara, səhnələşdirənlərə eşq olsun!

Biz də öz növbəmizdə Qax rayon Dövlət Kukla Teatrının bütün kollektivinə bol uğur arzulayır, göydən 3 alma gətirən hər kəsə sənət müvəffəqiyyətləri diləyirik!

Eləcə də, Almalı kəndinin sevimli, əziz oğlu “Usuf”una!

Tezliklə görüşmək ümidilə…

       Şərafət Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR