Müdafiə naziri cəbhədə yeni helikopter hərbi hissəsində
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Uçuş və texniki heyətlə görüşən Müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.
General-polkovnik Z.Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.
Oxşar Xəbərlər
- Zaqatala şəhərində məişət zorakılığı – dövlət və cəmiyyətin ortaq problemi adlı tədbir keçirilmişdir
- Dünya siyasətində Ərdoğan məktəbi: dürüstlük, mübarizə, qətiyyət
- VI çağırış Azərbaycan Respublikası Milli Məclisi Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verməkdədir