VI çağırış Azərbaycan Respublikası Milli Məclisi Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verməkdədir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

VI çağırış Milli Məclisin fəaliyyəti Azərbaycan dövlətinin iqtisadi və siyasi qüdrətinin güclənməsi, ölkədə aparılan genişmiqyaslı və çoxşaxəli islahatların dərinləşməsi baxımından dəyərləndirilməlidir.

Gündən-günə yeni çağırış və risklərin artdığı qloballaşan dünyada hər bir ölkə bu çağırış və risklərə adekvat olaraq daim islahatlar aparmalıdır.
2018-ci ilin prezident seçkilərindən sonra elan olunmuş əsaslı və hərtərəfli islahatlar hal-hazırda dövlət və cəmiyyət həyatının bütün sahələrində hiss edilməkdədir.
Prezident Administrasiyası, Nazirlər Kabineti, mərkəzi və yerli icra orqanları və məhkəmə-hüquq sistemində aparılan islahatlar əlbətdə ki, Milli Məclisdən yan keçə bilməzdi. İslahatların daha da dərinləşməsi və sürətlənməsi üçün Milli Məclisin tərkibinin də yenidən formalaşmasını zəruri edirdi. Bununla əlaqədar olaraq, 2020-ci il fevral ayının 9-da azad və demokratik şəraitdə növbədənkənar parlament seçkiləri keçirildi. Növbədənkənar parlament seçkilərinin keçirilməsinin təşəbbüsçüsü Yeni Azərbaycan Partiyası idi. Burda əsas məqsəd vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməklə ölkədə aparılan konseptual və struktur islahatlarına parlamentində öz töhfəsini verməyə şəaitin yaradılmasıdır.
1300-də çox namizədin qatıldığı rəqabət mühütində keçən və demokratik quruculuq tarixində yeni səhifə olan parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə kimi yaddaşlarda qaldı.
Heç bir ayrı-seçkiliyə yol verilmədiyi və hər bir namizəd üçün bərabər şəraitin yaradıldığı seçki Azərbaycan xalqının iradəsini əks etdi. Seçki prosesinin belə uğurlu keçməsinin əsas səbəbi ölkəmizdə müşahidə olunan inkişaf və iqtidar tərəfindən aparılan siyasi kursa alternativin olmamasıdır.
Bir çox beynəlxalq təşkilatların və müşahidəçilərin dəvət edildiyi və onların gözü qarşısında həyata keçirilən seçki prosesi ölkəmizdə inkişaf edən demokratiyanın növbəti uğuru kimi qiymətləndirildi. Avropa İttifaqının Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı verdiyi bəyanat bunun sübutudur.
Bütün siyasi qüvvələrin iştirak etdiyi altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu da özü-özlüyündə ölkədə siyasi sistemin təkmilləşdirilməsi baxımından müsbət haldır. Parlamentdə yerlərin əksəriyyətini böyük təsir imkanına malik Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların tutması cənab Prezident İlham Əliyev başda olmaqla, partiyamıza bəslənən böyük ümid və etimadın ifadəsidir.
Amma bir nüansı xüsusilə qeyd etmək istəyirəm. Bu dəfəki məclisin əvvəlkilərindən fərqli cəhəti ondan ibarətdir ki, həm Milli Məclisin rəhbərliyində, həm də komitələrin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunurlar. Sağlam siyasi mühütin qorunması və partiyalararası siyasi dialoqun inkişafını nəzərə alsaq, bu çox yaxşı göstəricidir.
Mövcud siyasətimizin yeni mərhələsini əks etdirən və ölkədə geniş vüsət alan sistemli islahatlar qanunvericilik orqanının qarşısında da yeni vəzifələr qoyurdu.
Altıncı çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqaməti ölkədə hökm sürən ictimai-siyasi və iqtisadi inkişafa yeni təkan verərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirmək idi.
Bir xoşbəxtlikdir ki, ölkəmizdə ictimai-siyasi sabitlik var və bu sabitliyə təhlükə törədəcək heç bir amil mövcud deyil. Biz müstəqil ölkə kimi yaşayırıq və müstəqil siyasət aparırıq, heç bir dövlətin daxili işinə qarışmırıq və heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Bəzi anti-Azərbaycan qüvvələr hər vəchlə ölkəmizə qarşı müxtəlif kampaniyalar həyata keçirməyə çalışırlar. Bir şeyi unutmaq olmaz ki, müstəqil siyasətimiz, təhlükəsizliyimiz və xalqımızın rifahı hər şeydən üstündür və bu qərəzli yanaşma bizi yolumuzdan döndərməyəcək.
Əminəm ki, Milli Məclis özünün bütün fəaliyyəti ilə möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edəcəkdir.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR