Şuşadakı etirazlar hələ də davam edir – Fotolar
Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir.
Agsaqqallar.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, aksiya iştirakçıları sosial şəbəkələrdə gecəni ərazidə keçirməklə bağlı müxtəlif fotolar paylaşıblar.