Vətən müharibəsi iştirakçısı tərəfindən keçirilən “Vikipediya” təlimləri yekunlaşıb
“Qorqud” Vikipediya Metodik Klubunun və Türk Ağsaqqalları Birliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimlər yekunlaşıb.
Bu barədə AZƏRTAC-a Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, təlimlər “Qorqud” Vikipediya Metodik Klubunun təlimçisi, Vətən müharibəsi iştirakçısı Qədir Quliyev tərəfindən keçirilib. Təlimdə iştirak edən gənclər arasında Vətən müharibəsinin iştirakçıları da var. Təlimlərdə fəallığı ilə seçilən Müşfiq Nəsirli həm də Vətən müharibəsində iştirak edib. Təlimlər zamanı 100-dən çox məqalə yaradılıb, yüzlərlə məqalədə isə əsaslı redaktə işləri aparılıb. Səkkiz iştirakçı “Vikipediya”nın Azərbaycan dili bölməsində təcrübəli istifadəçilər kateqoriyasına daxil edilib. 3500-dən çox redaktəsi ilə Əvəz Orucov isə ən çox redaktəsi olan 200 “vikipediya”çı arasında qərarlaşıb. O, ayın ən çox redaktə edən “vikipediya”çısı olub. Hər iki müharibənin iştirakçıları kimi Vətənimizə xidmət edən gənclərimiz qısa müddətdə “Vikipediya”da tam fəaliyyət göstərəcəklər.
“Qorqud” Vikipediya Metodik Klubunun eksperti Sübhan Xıdırzadə və Türk Ağsaqqalları Birliyinin Gənclər təşkilatının sədr müavini Elgün Rüstəmli gənclərlə daima əlaqəli şəkildə fəaliyyət göstərərək təlimlərin uğurlu keçməsini təmin ediblər. Təlimlər ölkə miqyasında ən uğurlu təlimlərdən biri kimi hesab oluna bilər. Çünki eyni anda bir neçə nailiyyəti qısa müddətdə qazanan gənclər təlimlərdən sonrada klub kimi formalaşıb fəaliyyətlərini davam etdirəcəklər”, – deyə Elnur Eltürk qeyd edib.
Oxşar Xəbərlər
- Azərbaycan Pediatrlar Assosiasiyası ölkəmizi Şərqi Avropa və Mərkəzi Asiya Pediatrlarının II Konqresində təmsil edib
- Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşıyan aztəminatlı ailələr üçün 31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətiylə ilə təntənəli tədbir keçirilib
- TAİB-in İdarə Heyətinin üzvü, tanınmış türk yazarı Şemsettin Kuzeçi Dünya Teatr Günü münasibətilə TRT kanalına müsahibə verib