Hulusi Akar: “Silahlı Qüvvələrimiz Qarabağda qardaşlarımıza dəstək olur”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türkiyə Silahlı Qüvvələri cənab Prezidentimizin rəhbərliyi ilə Suriyada, İraqın şimalında, Aralıq dənizinin şərqində millətimizin haqq, mənafe və maraqlarını qorumaqla yanaşı Liviyada və Qarabağda qardaşlarımıza dəstək olmaqdadır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Çanaqqala Zəfərinin 106-cı ildönümü münasibəti yaydığı təbrik açıqlamasında deyib.

“Bu gün bütövlüyümüz və bərabərliyimizə qarşı ölkə içində və ondan kənarda olanlara ən tutarlı cavab şəhidliklərimizdir. Dünən Vətənimizi işğaldan qorumaq uğrunda son damla qanın qədər vuruşan əsgərimiz, bu gün də eyni ruhla Vətən torpaqlarımızı, mavi vətənimizi, səmamızı və 84 milyon vətəndaşımızın təhlükəsizliyini qoruyur. Eyni zamanda, başda FETO, PKK/PYD-YPG və İŞİD olmaqla hər cür təhdid və təhlükəyə qarşı əzm və qətiyyətlə mübarizəsini davam etdirir”, – nazir bildirib.

O, şəhidlərin və qazilərin unudulmadığını vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR