Varşava Azərbaycan Evində yeni layihəyə start verilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Polşada yaşayan və təhsil almaq niyyətində olan gənclər üçün yeni karyera təliminə start verilib.

Təlimlərin Polşanın paytaxtı Varşava şəhərində yerləşən Azərbaycan Evinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 10 ildən artıq maliyyə təcrübəsi olan təlimçi Elçin Eyvazovun rəhbərliyi ilə həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi Polşada yaşayan azərbaycanlıların beynəlxalq şirkətlərdə maliyyə və mühasibatlıq sahəsi üzrə iş tapmasına, eyni zamanda, yeni iş imkanlarını daha yaxşı dəyərləndirmələrinə dəstək olmaqdır. Elçin Eyvazov, Mülayim Quliyeva və Həmid Bayramovun mentorluğu altında 2 ay davam edəcək təlimlərdə iştirak edənlərin B1 səviyyəsində ingilis dili bilməsi arzuolunandır.

Qeyd edək ki, təlimlər 1 aprel tarixindən start götürəcək. Təlimlərdə iştirak etmək istəyənlər 2-25 mart tarixlərində aşağıdakı linkə keçid etməklə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/tyV3P6FBP4Ck4otP6

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR