Qazaxıstanda yaşayan soydaşlarımız İlham Əliyevin namizədliyini dəstəkləyir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının üzvləri 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Bununla bağlı Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının sədri Fəxrəddin Məhərrəmov və təşkilatın sədr müavini Orxan Əliyevin adından Prezident İlham Əliyevə dəstək məktubu ünvanlanıb.

Məktubda bildirilir: “Möhtərəm Cənab Prezident, böyük fəxr və qürür hissi ilə 7 fevral prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyik. Siz uzaqgörənliyiniz və humanizminiz, milli və bəşəri dəyərlərə söykənən müdrikliyinizlə örnək olan Prezidentsiniz. Biz çox sevinirik ki, bu kimi ali dəyərlərə məxsus insani keyfiyyətəriniz dünya lideləri tərəfindən təqdir olunur.
Biz Qazaxıstan xalqları arasında millətlərarası münasibətlərin və dostluğun möhkəmləndirilməsinə çalışırıq. Eyni zamanda Qazaxıstanda yaşayan azərbaycanlıların etnik-mədəni dəyərlərini təbliğ edirik. Bugünlərdə isə Qazaxıstandakı azərbaycanlıları 7 fevral seçkilərində fəal iştiraka təşviq edirik.
Ali Baş Komandan kimi Sizin əmrinizlə Azərbaycan Odusu işğal altında olan torpaqlarımızı düşməndən azad edərək şanlı Qələbə əldə olunub. Məhz Sizin düşünülmüş siyasətiniz və diplomatik qətiyyətinizlə Qarabağ məsələsi tam həll olundu. Artıq Azərbaycan ərazi bütövlüyü tam təmin olunmuş dövlətdir. Bununla da Siz dünya azərbaycanlılarına otuz ildən bəri gözlənilən Qələbə sevincini yaşatdınız. Bu sevincə Qazaxıstanda yaşayan soydaşlarımız da qoşulub və biz Sizinlə fəxr edirik.
Bu gün Azərbaycan müxtəlif ölkələrlər qarşılıqlı strateji əsaslara söykənən əlaqələr qurur. Siz qlobal miqyasda dövlətimizin tanınması üçün var qüvvənizlə çalışırsızınız.
Biz- Qazaxıstanda yaşayan azərbaycanlılar milli ruhlu Azərbaycan diasporu olaraq Sizin dövlətçilik siyasətiniz sadiq şəkildə dəstəkləyirik. Sizə qarşıdan gələn prezident seçkilərində inamlı qələbə arzulayırıq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR