Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı İstanbulda törədilən terror aktı ilə əlaqədər Azərbaycanın rəsmi Ankaraya verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə diplomat tviterdə paylaşım edib.
“İstanbuldakı terror aktında itkilərimizlə bağlı zəng edərək, mesaj yazaraq başsağlıqlarını və dəstəklərini çatdıran bütün dostlara təşəkkür edirik”, – səfir vurğulayıb.
Oxşar Xəbərlər
- İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi
- “Mehriban xanımın Prezidenti müşayiət etməsi, səfərlərə xüsusi rəng qatır” – Ramin Əhmədov“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir. Cənab Prezident bu günə qədər Şuşa, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Hadrud, Laçın və Kəlbəcər rayonlarında səfərdə olub. Ölkə başçısının qeyd edilən ərazilərə hər səfəri fərqli və səmimi görüntülərlə yadda qalır. Prezidentin füsunkar təbiətə malik Kəlbəcər rayonuna səfəri də məhz belə oldu. Ölkə başçısının işğaldan azad olunmuş rayonlara gedərkən onu ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın müşayiət etməsi səfərlərə xüsusi rəng qatır”. Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri barədə danışarkən deyib.
- Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Sədrini qəbul edib