Amin Babayev:elmin parlaq ziyası

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Məşhur Fransız yazıçısı Aleksandr Düma deyir ki, uğurun iki səbəbi var: Səbr və ümid. Bunlara sahib ola bilən insan həm də kamil bir insandır. Müdriklik işığından bəhrələnib yola çıxan insanlar hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, elinə, obasına layiqli bir şəxsiyyət kimi yetişirlər.

Bunlardan biri də Azərbaycanın dilbər guşələrindən biri olan, alimlər yurdu Qaxda doğulan professor Amin Babayevdir.
Professor Amin Hacıbaba oğlu Babayev Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı Hərəkatının və ekoloji kənd təsərrüfatı elmi məktəbinin yaradıcılarından biri, kənd təsərrüfatı elmləri doktoru, əməkdar müəllim, ömrünü elmə həsr eləmiş, təhsilin inkişafında, vətəndaş cəmiyyətində təlim-tərbiyənin qorumasında, vətənpərvərlik təbliğatının artırılmasında məxsusi rolu olan ağsaqqalımızdır.
Həyatının 48 ilini elmə həsr edən alimimiz 5 elmi monoqrafiya, 200-ə qədər elmi məqalə, 20 kitab, kitabça, broşur, dərslik və dərs vəsaitinin, 30-a qədər elmi-publistik məqalənin müəllifi və 20-yə qədər əsərin elmi redaktorudur. O, 12 aspirantın və dissertantın elmi rəhbəri olmaqla və hal-hazırda elmlər doktorluğu üzrə 3 doktorantın elmi məsləhətçisidir. Onun elmi işlərinə rəhbərlik etdiyi 30-a qədər magistr hal-hazırda müxtəlif Beynəlxalq və yerli şirkətlərdə menecer səviyyəsində fəaliyyət göstərirlər. Bir insanın taleyində iz buraxan hadisələr sonra onun həyat motivasiyasına çevrilir, ona ruh, zövq verir. Öz təbiiliyini, qədim ənənələrini, mənəvi dəyərlərini qoruyub saxlayan Qax rayonunun əhalisi, bu torpaqda doğulub böyüyən insanlar dağ vüqarlı, torpağa bağlı, yurdsevərdirlər. Üləmalar yurdunun tanınmış ziyalıları Azərbaycan elmini inkişafında öz dəsti-xətlərini ürəklə qoymuşlar. Əlifbasından başlayan və son torpaq elminə qədər ziyalanmış aydınların ocağından bəhrələnən yüzlərlə tələbələr bu gün hər sahədə öz sözlərini deyirlər. A. Babayev Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) və Azərbaycan Milli Elmlər Akadamiyası (AMEA) sistemində elmi və elmi-pedoqoji fəaliyyətə həsr edən professor A. Babayev Azərbaycan torpaqşünaslıq elminə və o cümlədən, kənd təsərrüfatı elminin inkişafına əhəmiyyətli töhfələr vermişdir. A. Babayev son 30 ildə Azərbaycanda ilk dəfə olaraq 2 elmi-praktiki istiqamətləri Ekoloji Təmiz Kənd Təsərrüfatı və Aqrar Məsləhət və İnformasiya Xidmətinin əsasını qoyaraq bu sahələrin inkişafı üçün böyük əmək sərf etmişdir. O, Azərbaycan Respublikası Prezidentinn 25 avqust 2008-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında Qanun”-un hazırlanmısına xüsusi əmək sərf etmiş, ölkəmizdə uğurla həyata keçirilən “Ekoloji kənd təsərrüfatının inkişaf perspektivləri” və “Səhralaşma ilə mübarizə üzrə tədbirlər sisteminin işlənib hazırlanması” kimi beynəlxalq layihələrə rəhbərlik etmişdir.
Ekoloji Kənd Təsərrüfatı Hərəkatının tarixi qısa bir dövrü əhatə etsə də, bu ideya ölkəmizdə sosial hərəkata çevrilərək professor Amin Babayevin rəhbərliyi ilə bu istiqamətin dünya standartlarına uyğun elmi, elmi-metodiki və elmi informasiya bazaları və bilavasitə iştirakı ilə hüquqi normativ bazası formalaşmışdır. Professor A.Babayev müxtəlif kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq göstəriciləri əsasında orqanik (ekoloji) kənd təsərrüfatı sistemində “sağlam torpaq” anlayışının konkret torpaq ərazisinin inteqral ekoloji funksiyaları ilə bağlı olduğunu və təbii resursların keyfiyyətinin elmi əsaslarla qiymətləndirilməsi ideyasını uzun müddətli təcrübələr yolu ilə sübuta yetirmişdir.
Mövlanə deyir ki, torpaq əmindir; Ona nə əkərsən xainlik etməz, onu biçərsən. Yaz fəsli, Allah fərmanını gətirmədikcə torpaq gizli şeyləri meydana çıxarmaz. Lakin torpağı sevən, ona dəyər verən, elmini tədqiq edən bir insan üçün ürəyini açar. Dəyərli ziyalımız da Mövlanəsayaq gözünə görüş gücü verdi və gözündə bu aləm kimi yüzlərlə aləm peydahlandı. Ona görə bu dünya çox böyükdü, sonsuzdu, amma Allahın gücünə qarşı bir zərrə belə deyildir. İmanının və inamının gücündə elmin qapısında keçdi hürr adam. Belə bir böyük uğurlara imza atmış professorun təkəbbürsüzlüyü, sadəliyi, səmimiliyi təqdirəlayiqdir.
İnsanın şəxsiyyət kimi yetişməsində ona verilən təlim-tərbiyədən əlavə də, düşdüyü mühit və şəraitin də çox böyük rolu vardır. Bu mühit körpə ağacın calanmasından, onun müxtəlif vəziyyətə salınmasına qədər rol oynayır insan həyatında. Əlbət ki, bütün amillərn fonunda insanın öz təfəkkürü durur.
A. Babayevin rəhbərlik etdiyi AMEA-nn Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində (Mərkəz) işlənilmiş “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün Milli Proqramın Konsepsiyası” AMEA-nın Rəyasət Heyətində müzakirə edildikdən sonra bunun əsasında hazırlanan “Azərbaycanda Ekoloji Təmiz Kənd Təsərrüfatının İnkişafı üzrə Dövlət Proqramı” layihəsi Nazirlər Kabinetinə təqdim edilmişdir. “Mərkəz” -in işləyib hazırladığı təkliflər AR Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə prioritet kimi qəbul olunmuşdur.
A.Babayevin rəhbərlik etdiyi “Mərkəz”-in elmi fəaliyyəti Azərbaycanın kənd təsərrüfatı praktikasında ilk dəfə olaraq tətbiq olunan 5 müasir texnologiya (enerji və torpaq qoruyucu texnologiyalar) üzrə aparılan elmi təcrübələrə həsr olunub. “Mərkəz”-in son iki ildə fəaliyyəti sayəsində regionda ekoloji təmiz kənd təsərrüfatı üzrə təlim və seminarlarda iştirak edən 500-dən çox fermerdən 400 nəfərinin və yaxud 80 fermer qrupunun Avropanın akkreditasiya orqanları tərəfindən sertfikatlaşdıraraq “Ekofermer” statusu qazanması Azərbaycanda ilk hadisədir. “Mərkəz” 23 sentyabr 2018-ci ildə ekoloji təmiz kənd təsərrüfatı sahəsində fəaliyyətinə görə Beynəlxalq Ərzaq Keyfiyyəti və Sağlamlıq Assosiasiyasına üzv qəbul edilmişdir.
A.Babayev BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının akademiki, Gürcüstan Dövlət Aqrar Universitetinin Fəxri doktoru, “Ekoloji Kənd Təsərrüfatı” jurnalının baş redaktoru, Beynəlxalq “Известия Аграрной Наужи” jurnalının redaktor müavini, UNESKO-nun “İnsan və Biosfera” Azərbaycan Milli Komitəsinin əsərləri məcmuəsinin redaksiya heyətinin üzvü, “Türkiyə Tarımsal Araşdırmalar Dərgisi”-nin və Beynəlxalq “Проблемы агрохимии и екологии” jurnalının redaksiya heyətlərinin üzvü olmaqla yanaşı MDB üzrə “Агрохимекосодружество” vitse-prezidenti, EUCARPİA (Avropa Bitki üzrə Tədqiqatlar Assosasiyası), (Amerika Torpaqşünaslar Cəmiyyəti) və İFOAM-ın (Beynəlxaxlq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası) və Avrasiya Torpaqşünaslar Cəmiyyətinin üzvü olaraq Azərbaycan elmini Beynəlxalq təşkilatlarda bacarıqla təmsil edir. O, 1997-2011-ci ildə Azərbaycan Respublukası Prezidenti yanında Ali Attestasiyası Komissiyasının eksperti olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 18 may 2010-cu il tarixli sərəncamı ilə A. Babayevə “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin Beynəlxalq Ekologiya və Həyat Təhlükəsizliyi Elmləri Akademiyasının 26 yanvar 2010-cu il tarixli qərarı ilə M.V. Lomonosov adına və “Vernadski” ordenləri, eləcə də “Alim ulduzu” medalları ilə təltif olunaraq ona Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.
Amin Babayev ekoloji kənd təsərrüfatı üzrə dünyada hər 3 ildən bir təşkil olunan və 2017-ci ildə Almaniyada keçirilən Vahid Dünya Mükafatı (OWA) müsabiqəsinin laureatıdır. Bu mükafat İFOAM, FAO və Rapunzel təşkilatları tərəfindən 2008-ci ildə təsis olunaraq dünyada elmi-ictimai fəaliyyətilə qlobal bəşəri əhəmiyyət kəsb edən şəxslərə təqdim olunur.
Elm insanın təbiət, cəmiyyət və insan təfəkkürü haqqında obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş fəaliyyət növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanmasıdır ki, Amin Babayev də bütün ömrünü buna həsr edib.
O ömür ki, nəsillərə örnəkdir.. O ömür ki, dönüb geri baxanda böyük zəhmətlər içindən parıldayan günəş görünür.
Allah Azərbaycanın bu cür ziyalılarını, dəyərli ağsaqqallarını qorusun.
El ağsaqqalımıza uzun ömür, can sağlığı arzusuyla əllərindən öpürük.

 

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR