Azər Kərimli ermənilərin əleyhimizə hazırladığı növbəti əks kampaniyanı susdurdu: “Dağlıq Qarabağ xalqı” adlı məfhum yoxdur

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Son zamanlar bəzi insanlar sosial şəbəkələrdə millət vəkili Azər Kərimli barədə yenə də ittihamlı statuslar yazmağa başlayıblar. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, əslən Qax rayonundan olan Omarov Aqil Akif oğlu şəhid olub. Dövlətəhəmiyyətli tədbirdə iştirak etmək üçün Litvada səfərdə olan millət vəkilimiz şəhidin dəfnində iştirak edə bilmədiyi üçün bəziləri tərəfindən qınaq obyektinə çevrilib. O insanların ki, onlar da yalnız deputat seçkiləri yaxınlaşdığı zaman fəaliyyətə başlayır, şou yaradaraq gündəmə gəlməyə çalışırlar. O insanlar ki, onlar bu məsələylə bağlı ATƏT-in Minsk qrupunu ittiham etmək əvəzinə…….

Bu məsələ ilə bağlı agsaqqallar.az saytı olaraq millət vəkili Azər Kərimli ilə əlaqə yaratmağa çalışdıq.

Azər Kərimli Baltik Assambleyası Şərq Tərəfdaşlığı üzrə konfransında iştirak etmək üçün Litvanın paytaxtı Vilnüsdə səfərdədir. Deputatın Litvaya səfəri iyunun 1-də başa çatır.

Bu barədə agsaqqallar.az saytina deputatın köməkçisi Nadir Muxtarov məlumat verib. O, qeyd edib ki, həmin konfransda erməni deputatları da iştirak edib. Ermənistanlı deputatın öz çıxışında “Dağlıq Qarabağ xalqı”-ifadəsini işlətməsi millət vəkilimiz Azər Kərimlinin hiddətinə səbəb olub. Erməni deputatı Bakıda keçirilən “Arsenal” – “Çelsi”  oyununda futbolçu Mxitaryanın iştirak etməməsi məsələsinə də toxunub. Onun ittihamlarına qarşı Azər Kərimli tutarlı cavablar verib.

Tədbirdə erməni nümayəndəsi çıxış edərək, münaqişənin Azərbaycan, Dağlıq Qarabağ və Ermənistan xalqlarının iradəsi ilə həll olunmasının vacibliyini vurğulayıb. Konfransda söz alan Azər Kərimli Qarabağ münaqişəsi barədə danışaraq bildirib ki, “Dağlıq Qarabağ xalqı” adlı məfhum yoxdur.  Torpaqlarımızın 20 faizinin  bədnam qonşularımız tərəfindən zəbt olunduğunu, 1 milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum olduğunu diqqətə çatdırıb.

“Ermənistan həmişə işğalçılıq və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini yürüdüb, onlar həmişə işğalçı mövqedə olublar. Atəşkəs rejiminə heç vaxt reayət etməyiblər. Fakt olaraq deyim ki, bu günlərdə hətta  ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanda səfərdə olduğu bir vaxtda, Ağdam rayonu istiqamətində ermənilərin snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, əslən Qax rayonundan olan Omarov Aqil Akif oğlu şəhid olub. Ermənistan münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə məhəl qoymur. Bu problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Biz problemin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdarıq. Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları var. ATƏT-in Minsk qrupu çərçivəsində bu məsələ ilə əlaqədar biz təşəbbüs irəli sürsək də, erməni tərəfi təklifi qəbul etmədi. Bu problem beynəlxalq müstəvidə öz ədalətli həllini tapmalıdır. “Dağlıq Qarabağ xalqından” söhbət gedə bilməz. Orada yaşayan Azərbaycan və erməni əhalisidir. Qaldı ikinci məsələyə, bu gün Azərbaycanda minlərlə etnik Azərbaycan vətəndaşı və müxtəlif xalqların nümayəndələri mehriban yaşayır, bütün sahələrdə fəaliyyətlə məşğuldurlar. Onlar digər ölkə vətəndaşları kimi Konstitusiyada verilən bütün hüquqlardan istifadə edirlər. Ermənistan özü monoetnik bir dövlətdir. İdman yarışlarına gəldikdə isə Azərbaycan müxtəlif səviyyəli beynəlxalq tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi edir. Bu tədbirlərdə dünyanın ayrı-ayrı ölkələrindən erməni əsilli insanlar da iştirak edirlər. Digərləri kimi onların da təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Erməni əsilli oyunçunun təhlükəsizliyinə Bakıda ən yüksək səviyyədə təminat verilmişdi. Kimsə qorxaqdırsa bunda Azərbaycan günahkar deyildir!” – deyə A. Kərimli çıxışında vurğulayıb.

Ümumiyyətlə, Azər Kərimli reklamdankənar millət vəkilidir. O, elədiklərini gözə soxmadan öz işini görür. A. Kərimli iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Qarabağ məsələsini gündəmə gətirir, Azərbaycanın imicinə xələl gətirən nüanslar barədə konkret faktlar ortaya qoyaraq ölkəmizin müdafiəsinə qalxır. Onunla birgə həmin konfranslarda olan millət vəkillərimiz və jurnalistlərimiz bu barədə  söhbət açarkən bildirirlər ki, Azər Kərimli Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü,  Azərbaycan- İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belçika, Estoniya, İspaniya, Peru, Portuqaliya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.  Həm də GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü, həm də Azərbaycan Parlamentinin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin üzvüdür. Bu qədər məsul olan biri əgər dövlət və millət üçün yararsız olsaydı, onda yəqindir ki, onu o vəzifədə saxlamazdılar.

Eləcə də, deputat olduğu bölgədən kim müraciət edirsə, anında reaksiya verir.  Bəzi ağzıgöyçəklər, özlərinin  ölkə üçün bir faydalı əmsalı olmasa da, sosial şəbəkələrdə Azər Kərimli barədə ittihamlar irəli sürür, onun reklamı sevməməsindən bəhrələnərək, ironiyalı, aşağılayıcı statuslar yazırlar. Redaksiya olaraq, biz də həmin insanlardan soruşuruq ki, deputat seçkilərinə qədər hardasız ki, seçki ərəfəsində timsah göz yaşlarınızla ortaya çıxırsız??

Hansı işiniz Azər Kərimlinin gördüyü işdən çoxdur??? Heç bir işiniz!!!

Qaldı Azər Kərimlinin susqunluğuna, onun bir ideologiyası var. “Kişi elədiyini dilinə gətirməz, kişi başqaları barədə danışmaz!”

Təvazökarlıq nə vaxtdan fəaliyyətsizlik adlanır???

Elimizdə yaxşı bir söz var, at mıxçanı çıxaranda, birini yerə vurursa, biri də qayıdıb özünə dəyir.

Azər Kərimliyə işlərində uğur və nailiyyət arzulayırıq!

 

Şərafət Şəfa,

Agsaqqallar.az


 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR