TAİB Gənclər Təşkilatı “Vətənpərvərliyin aşılanmasında ağsaqqalların rolu” adlı dəyirmi masa keçirib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in mərkəzi ofisində Gənclər Təşkilatının təşkilatçılığı ilə “Vətənpərvərliyin aşılanmasında ağsaqqalların rolu” adlı dəyirmi masa keçirilib

Dəyirmi masada TAİB-in İdarə Heyəti, Gənclər Təşkilatının üzvləri və qonaqlar iştirak ediblər.
Əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı TAİB Gənclər Təşkilatının sədr müavini Elgün Rüstəmli Gənclər Təşkilatınn fəaliyyətindən qısa məlumat verərək çıxışçılara söz verib.

Təşkilatın sədr müavini Eyvaz Hünbətov, İdarə Heyətinin üzvləri Akif Rufullayev, Tapdıq Əlibəyli, Zakir Agdamlı, Mubariz Süleymanzadə və Nizami Əfəndiyev çıxış edərək gənclərin milli-mənəvi dəyərlərimizə bağlı olmalarını, vətənpərvərlik ruhunda formalaşmaları üçün ölkənin ictimai-siyasi həyatında və vətəndaş cəmiyyəti institutlarında təmsil olunmalarının önəmli olduğunu vurğulayıblar.

Qeyd olunub ki, bir dövlətin güclü olması və daim inkişaf etməsi üçün yeni nəslin fikir və ideyaları əsas vacib amillərdəndir. Dünyanın istənilən ölkəsində gənclər cəmiyyətin aparıcı qüvvələrindən biri hesab olunur və yaşlı nəslin davamçısı sayılır. Ulu Öndər Heydər Əliyev demokratik cəmiyyət quruculuğu prosesində gənclərin roluna həmişə xüsusi önəm vermişdir. Ümummilli Lider gənclərlə bağlı məsələləri daim öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmişdir. Bu gün həmin siyasi kursun davamçısı prezident İlham Əliyev də bu siyasi kursu davam etdirərək gənclərə diqqət və qayğı göstərir.

Çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycan gəncliyinin önündə böyük yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, dövlət başçısının gənclərlə bağlı həyata keçirdiyi tədbirlər gənclərimizin inkişafı üçün müvafiq şərait yaradır. Gənclər bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə etmək üçün ciddi şəkildə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.

Gənclər təşkilatının üzvləri də öz növbələrində ağsaqqaların tövsiyyə və təcrübələrindən yararlandıqlarını bildiriblər. Qeyd ediblər ki, cənab prezidentimizin siyasi xəttini əsas götürərək, dövlətin həyata keçirdiyi hər bir fəaliyyətdə fəal iştirak etməyə, onlara olan etimadı doğrultmağa çalışırlar.

Tədbirdə həmçinin xüsusi qonaq qismində iştirak edən şair, publisist Rauf İlyasoğlu çıxışında vurğulayıb ki, bu günki gənclərlə qürur duyur. 44 günlük Vətən müharibəsində gənclərimizin şücaətindən, göstərdikləri qəhrəmanlıqlarından danışan qonaq bildirib ki, hər zaman Azərbaycan gənci Vətəninə, milli-mənəvi dəyərlərinə bağlıdır. O, milli qəhrəmanlarımıza, şəhidlərimizə həsr etdiyi “Culfa şəhidləri” və “Asimana ucalan şəhidlər” adlı kitablarından da söhbət açıb. Bildirib ki, gənclərimizin qəhrəmanlıqlarını yeni nəşr etdirdiyi kitabında geniş şəkildə işıqlandırıb.

Rauf İlyasoğlu yeni nəşr olunan kitablarını təşkilata hədiyyə edib.

Sonda xatirə şəkli çəkilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR