İsrail Təhlükəsizlik Akademiyası: “Cənab İlham Əliyevin seçkilərdə qalib gəlməsi Azərbaycanı daha da inkişaf etdirəcək”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərində qazandığı yüksək qələbə münasibətilə təbrik edirik. İlham Əliyev hələ gənc yaşlarından Azərbaycanın tərəqqisi yolunda çalışmış və Azərbaycana rəhbərlik etdiyi 20 illik dövr ərzində Azərbaycanın yüksəlişinə və inkişafına çalışmışdır. İlham Əliyevin qabaqcıl və parlaq siyasətinin nəticəsidir ki‚ Azərbaycan Respublikası dünyanın ən təhlükəsiz ölkələrindəndir. Azərbaycanın son 20 ildə bütün iqtisadi inkişafı‚ hərbi yüksəlişi məhz İlham Əliyevin parlaq siyasəti sayəsindədir. Cənab İlham Əliyevin atdığı uğurlu strateji addımları sayəsində Azərbaycan dövləti 44 günlük ikinci Qarabağ müharibəsində Qarabağı işğaldan azad edərək öz ərazi bütövlüyünü bərpa etdi. Tarixdə əhəmiyyətli bir hal olaraq Azərbaycan qalib ölkə olaraq prezident seçkiləri keçirtdi. İlham Əliyev qalib ölkənin qalib lideri olaraq Azərbaycan xalqının bütünlüklə səsini qazanaraq 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərində 92‚12 faiz səslə qalib gəlmişdir.

Bu da onu deməyə əsas verir ki‚ İlham Əliyev bütün Azərbaycan xalqının birmənalı olaraq seçimi və prezident görmək istədiyi şəxsdir.

Prezident İlham Əliyev öz ölkəsinin təhlükəsizliyinin və sabitliyinin qorunmasından tutmuş bütün Cənubi Qafazda dayanıqlı sülhün və sabitliyin qorunmasında mühüm töhvəsi olan şəxsdir.

Qarşıdakı növbəti 7 illik prezidentlik dövründə cənab İlham Əliyevə dost və qardaş Azərbaycan xalqına və dövlətinə xidmətdə uğurlar diləyirik. Arzu edirik ki‚ dost və qardaş Azərbaycanın tərəqqisi‚ inkişafı‚ yüksəlişi və təhlükəsizliyi daimi və əbədi olsun.

Bütün Azərbaycan xalqını bir daha 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkisindəki uğurlu seçimi üçün təbrik edir‚ dost Azərbaycan xalqına əmin-amanlıq və firəvanlıq arzu edirik.

 

 

 

İsrail Təhlükəsizlik Akademiyasının

Qafqaz üzrə Azərbaycan

Respublikasındakı Regional

Nümayəndəliyi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR