Bu gün İlaxır çərşənbədir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə – Torpaq çərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir.

Sonuncu çərşənbədə torpaq oyanır. Torpağın oyanışı olan ilaxır çərşənbəsi bərəkətin, məhsul artımının rəmzi olaraq insanları maddi nemətlər bolluğu ilə təmin etməklə xilasedici dirilik missiyası daşıyır.

Hansı ünsürlə bağlanmasından, hansı adla çağırılmasından asılı olmayaraq ilaxır çərşənbələrin sonuncusunun bir ümumiləşmiş adı var: Axır çərşənbə!Torpağın oyanışı bütövlükdə təbiəti cana-qana gətirir. Bu səbəbdən xalq bu çərşənbəyə “İlaxır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Yer çərşənbəsi” deyibdir.

Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə torpağın donu açılır, insanların ovqatı təzələnir, adamlar torpağı təmizləməyə çıxırlar. Artıq əkinə də başlamaq olar. Əslində elə Novruzun özü, torpağın oyanması yeni əkin mövsümünün başlanması ilə səciyyəvidir.

İlaxır çərşənbəniz mübarək olsun!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR