" />

TAİB-də “Kədəriniz kədərimizdir, Türkiyə” adlı anım mərasimi keçirilib – FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-də “Kədəriniz kədərimizdir, Türkiyə” adlı anım mərasimi keçirilib – Zəlzələ baş verən əraziyə külli miqdarda geyim və ərzaq göndəriləcək

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in mərkəzi ofisində qardaş Türkiyədə baş verən təbii fəlakətdə həyatını itirən insanlarla bağlı “Kədəriniz kədərimizdir, Türkiyə” adlı anım mərasimi keçirilib.
Əvvəlcə həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları çıxışlarında Türkiyədə baş verən fəlakətlə bağlı matəmin təkcə qardaş deyil, ümumi türk dünyasının matəmi olduğunu bildiriblər.
Vurğulanıb ki, qanı bir, canı bir qardaşlarımızın başına gələn müsibət hamımızın ürəyini qanadıb, hər bir azərbaycanlı gücü çatan qədər yardım etməyə çalışır.
Tədbir əsnasında qeyd olunub ki, qardaş ölkəyə ilk yardım edən Azərbaycan olub.
Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyəyə yardımla bağlı müvafiq qurumlara göstəriş verib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri təcili olaraq Türkiyəyə yola düşüblər və hazırda 725 nəfərlik heyət xilasetmə əməliyyatlarında iştirak edir.
Dövlət başçısının tövsiyələrinə və xalqımızın təşəbbüsünə qoşularaq TAİB də yardım kampaniyasına start verib. Zəlzələ baş verən əraziyə külli miqdarda geyim, ərzaq göndərilir.
Anım mərasimində TAİB-in İdarə Heyətinin üzvləri, Qadınlar Şurasi, Gənclər Təşkilatı, ictimaiyyət nümayəndələri iştirak edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR