“İki dövlət bir millət olaraq bir-birimizə qan bağıyla bağlıyıq”- Kenan Çarboğa

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün Türkiyədə baş verən zəlzələ bir daha sübut etdi ki, iki dövlət bir millət olaraq qan bağıyla bağlıyıq bir-birimizə. Ümumiyyətlə, Qarabağın işğalından ortaq yaramız olduğunu anladıq bir daha. 1918-20-ci illər canlandı xəyalımızda. Çanaqqala oyandı ruhumuzda. Qarabağ məsələsini Azərbaycan çərçivəsindən çıxarıb ümumtürk kontekstində təqdim edərək böyük Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” fikirlərindən doğan ideyanın oxşar təsirini yaratdıq”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, Türk Araşdırmalar Mərkəzinin rəhbəri Kenan Çarboğa deyib. Azərbaycan dövlətinin Türkiyəyə olan diqqətindən, doğma münasibətindən məmnunluqla danışan tanınmış yazar ortaq adət-ənənələrə də toxunub.
“Bir türk şairi olaraq ədəbiyyatımızın, mənsub olduğum millətin ənənələrinə sədaqətim çox güclüdür. Biz də türk olaraq bütün türk yurdlarının sevincini sevincimiz, kədərini kədərimiz bilirik. Qanım ilə, canım ilə türk dünyasına bağlıyam. Ona görə də Qarabağa, Şuşaya aid mövzularımda türkün qəhrəmanlıq taleyindən söz açır, türkəm – cəsuram, türkəm-ədalətliyəm, türkəm-qalibəm düşüncəsini formalaşdırırıq. Hər sözüm, hər bir ifadəm şərəf tariximizi, çətinliklərə sinə gərmək əzmimizi, adət-ənənələrimizi ifadə edir. Bir də Türk tarixinin qədim ənənəsi olan Novruz elimizə ayaq açıb. Bahar müjdəsini gətirib. Könlümüzdə bir fərəh var: ”Əziz Şuşa, sən azadsan!”. Qarabağ süslənir bahar nəfəsilə. Bizim də o yurda getmək istəyimizi artırır.
Ortaq Türk adətindən danışanda bir nüansa da toxunmaq istəyirəm. Üzvü olduğum Türk Ağsaqqallar Birliyinin əsas prioritetlərindən biri də ümumtürk konteksində milli ideoloğiyanın qorunması və inkişafına töhfə verməkdir. Öz mədəniyyətimizlə, dilimizlə, tariximizlə, əxlaqımızla, milli-mənəvi dəyərlərimizin təbliği ilə şanlı Türk tariximizi, tarixi həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq. Azərbaycanın dövlət müstəqilliyinin banisi ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət” fikri ilə bütün türk xalqlarının birlik və bərabərliyini bəyan etdi. Bu birliyi, bərabərliyi qorumaq üçün əlimizdən gələni əsirgəməyəcəyik”,-deyə TAİB üzvü vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR