TAİB-in təşkilatçılığı ilə “Güney Azərbaycan türklərinin dünyəvi inkişafı: İlham Əliyevin müəyyən etdiyi yol xəritəsi” mövzusunda müzakirələr keçiriləcək.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in təşkilatçılığı ilə 24 dekabr 2022-ci il tarixində “Güney Azərbaycan türklərinin dünyəvi inkişafı: İlham Əliyevin müəyyən etdiyi yol xəritəsi” mövzusunda müzakirələr keçiriləcək.

TAİB-in mərkəzi ofisində təşkil olunacaq müzakirələrdə xüsusi qonaq kimi əslən Güney Azərbaycanın Sulduz şəhərindən olan siyasi muhacir, şair, dünyaca məşhur ozan Araz Elsəs iştirak edəcək.

Tədbirə TAİB rəsmiləri, ictimai xadimlər, ziyalılar, TAİB-in Qadınlar və Gənclər təşkilatının fəalları qatılacaq.

Qeyd edək ki, tədbir 24 dekabr 2022-ci il tarixində saat 15:00-da TAİB-in mərkəzi ofisində keçiriləcək.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR