Milli Məclis Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Milli Məclisi Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Agsaqqallar.com xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 23-də keçirilən plenar iclasda Prezident İlham Əliyevə Azərbaycan parlamentinin adından təbrik məktubu göndərilməsini təklif edib.

Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyev Vətənə dərin məhəbbət, səmimilik, sadəlik, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlərə malikdir.

“Prezident İlham Əliyev Azərbaycanın Müzəffər Ali Baş Komandanıdır. Onun siyasi, diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın əzəli, tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ölkəmizin inkişafı tarixində yeni mərhələ açıb və Cənubi Qafqazda geosiyasi mənzərəni dəyişib. Ölkəmizin xoşbəxt gələcəyi bu gün Prezident İlham Əliyevin davam etdirdiyi quruculuq siyasəti ilə bağlıdır”, – deyə Sahibə Qafarova vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR