Ərdoğan: “Qarabağda qardaşlarımıza verdiyimiz dəstəyə qarşı çıxanlar var”
![](http://agsaqqallar.com/wp-content/uploads/2022/12/1d99c53e-0796-3090-b3cc-fbbbe967878f_850.jpg)
“Qarabağda qardaşlarımıza verdiyimiz dəstəyə qarşı çıxanlar var”.
Agsaqqallar.com “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim AK partiyanın parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, müxalifətin bəzi nümayəndələri bu məsələdə fərqli mövqe sərgiləmişdi.
R.T.Ərdoğan həmçinin söyləyib ki, indi də Türkiyə iqtidarının bəzi addımlarını tənqid edənlər var.