Murad Gedik:”Türk Ağsaqqallar Birliyinin yaradılmasını böyük sevinclə qarşıladıq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Hollandiya Demokratik Ülkücü Türk Dernekler Federasiyasının rəhbəri Murat Gedik Türk Ağsaqqalları Birliyi-TAİB-ə məktub ünvanlayıb. Məktubda deyilir:
“Əziz TAİB rəhbərliyi!
Türk Ağsaqqallar Birliyinin yaradılmasını böyük sevinclə qarşıladım. İnanıram ki, bu təşkilat Türk dünyasına yeni nəfəs və həyəcan qatacaqdır. Türk xalqlarının yaşadığı coğrafiya geniş olsa da, aradakı sərhədlər bizi bir-birimizdən ayırsa da, Türk dünyasının hər tərəfinə dağılmış türklər qəlbən bir-birinə yaxın, bir-birinə bağlıdırlar. Ümid edirik ki, bu təşkilatın varlığı Türk millətini bir-birinə daha yaxınlaşdıracaq, aradakı məsafələri qısaldacaqdır.
Dünya xalqları Türk birliyinin gücünü , türkün nəyə qadir olduğunu Azərbaycanımızın qədim torpağı olan Qarabağ erməni işğalından azad olunarkən bir daha görmüş oldu. Həm Azərbaycan, həm Anadolu, ümumən Türk dünyasının qanayan yarası olan Qarabağımız çox şükür ki, azadlığına qovuşdu.
Biz, Avropada yaşayan türklər də Türk dünyasının bir parçası olaraq hər zaman məzlum, terrora məruz qalan günahsız insanların yanında olmuşuq. Bu vəsilə ilə Qarabağda şəhid düşən qardaşlarımızı rəhmətlə anır, qazilərimizə firavan ömür diləyirik.
Biz Türk Ağsaqqallar Birliyinin bundan sonra da daha gözəl işlər görəcəyinə inanır və başda söylədiyim kimi sizin təşkilatınız türk dünyasının birliyinin möhkəmlənməsi və mədəni irsinin bərabər qorunmasında böyük rol oynayacaqdır.
Yaratdığınız Türk Ağsaqqallar Birliyinin başda Azərbaycan türkü olmaqla Türk dünyasına xidmət yolunda əmin addımlarla irəliləyəcəyinə inanır, sizlərə bu şərəfli yolda “Yolunuz açıq olsun!-deyirik!
Murat Gedik,
Hollandiya Türk Federasiyasının rəhbəri”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR