TAİB-in İdarə Heyəti üzvü, millət vəkili Ramil Həsən Türk Dövlətləri Təşkilatı tərəfindən mükafatlandırılıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Dövlətləri Təşkilatı (TDT) Baş Katibi Kubanıçbek Ömüraliyevin dəvəti ilə İstanbulda səfərdə olan TAİB-in İdarə Heyətinin üzvü, millət vəkili Ramil Həsən Katibliyin mərkəzi ofisində TDT-nin keçmiş baş katiblər guşəsinin açılışında iştirak edib.

2014-2018-ci illərdə Türk Dövlətləri Təşkilatının Baş Katibi kimi səmərəli fəaliyyət göstərmiş Ramil Həsənə TDT-nin adından xüsusi təşəkkür plaketi də təqdim olunub.

Agsaqqallar.com xəbər verir ki, açılış mərasimi və mükafatlandırma barədə məlumat Türk Dövlətləri Təşkilatının rəsmi internet səhifəsində yer alıb.

Millət vəkili Ramill Həsən göstərilən diqqətə və səmimi münasibətə görə Baş Katib Kubanıçbek Ömüralıyev və onun komandasına təşəkkürünü bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR