İnsanlıq elminin akademiki- Sabir Tağıyev-70

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

                                                                                                                                                   

Bayram Apoyev

Gəncə Dövlət Universitetinin

Pedaqoji fakültəsinin dekanı

————————————– 

 

Mən, 2019-cu ilin iyul ayının sonlarından avqust ayının 25-dək Truskavetsdə istirahətdə idim. Bütün bunlara baxmayaraq, dost-tanışların facebook səhifələrini də ara-sıra nəzərdən keçirirdim. Mənim üçün doğma olan dost-tanışlardan biri də keçmiş iş yoldaşım olan Sabir müəllim Tağıyevdir.

Sabir müəllimin facebook səhifəsində 2019-cu il iyul ayının 26-da birdən birə indiyə kimi heç birimizin facebook səhifəsində rastlaşmadığım rubrika diqqətimi cəlb etdi: “SALAM DOSTLAR.”SABİR-70″RUBRİKAMIZ BU GÜNDƏN FƏALİYYƏTƏ BAŞLAYIR”.

Keçmiş həmkarımın belə bir yeni mövqeyi diqqətimi cəlb etdi və onu izləməyə başladım.

Düzdür, Sabir müəllim özünün qarşıdan gələn 70 illik yubileyi ilə mənə də telefonumdfakı vatsapım vasitəsi ilə müraciət etmişdi. Müraciətdə bildirirdi ki, qarşıdan 70 illik yuileyi gəlir və həminyubileyə kimi xatirələr toplusunu kitaba çevirmək əzmindədir. Həmin kitabda mənim də xatirəmin olmasını özüüçün böyük şərəf bildiyini diqqətimə çatdırmağı özünə borc bildiyini yazmışdı. Özü də az bir vaxta: 10 gün müddətinə yazıb göndərməyi xahiş etmişdi.

Mənim də başqa dost-tanışlar kimi sevincimin həddi-hüdudu olmadı. Onun  ədalətli, humanist, obyektiv xarakterli bir həmkarım olduğunu yaxşı bilirdim. Onunla bağlı xatirələri götür-qoy edib, qələmə almaq istədiyim ərəfədə olduğum bir vaxtda, yəni 31 iyul 2019-cu il tarixdə xətrini dünyalar qədər istədiyim, hər zaman haqqın-ədalətin tərəfində olan, alicənab bir insan kimi tanıdığım bir yoldaşın xatirəsi ilə rastlaşdım. Bu, əslən Laçın rayonundan olanAMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor
Şahbaz Muradovun xatirəsi idi. Həmin xatirə: “Çox hörmət bəslədiyim, əziz həmvətənlim və həmkarim, mərd simali Sabir Paşa oğluna” sərlövhəsiilə həmin rubrikada yer almışdı. Özümdən asılı olmayaraq onu diqqətlə oxudum. Sonra isə Azərbaycan elminin fəxri ağsaqqallarından olan akademik Şahbaz müəllimin xatirəsinə aşağıdakı məzmunda qeydlər etdim:

“Çox hörmətli Şahbaz müəllim, səmimi salamlar.

Keçmiş iş yoldaşım Sabir Tağıyev haqqında bu dəyərli sözlərinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu səmimi yazınızla bir daha sübut etdiniz ki,hər zaman haqqın-ədalətin tərəfində olmuş,ELM məbədgahının keşiyində durmusunuz!

Sabir müəllim ilə 1985-1991-ci illərdə, yəni  6 il Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda(ETPEİ)bir yerdə çalışan və onu yaxından tanıyan bir şəxs kimi barəsində qeyd etdiyiniz fikirlərə 100% şərikəm və icazənizlə kiçik bir əlavə də mən etmək istəyirəm: Haqqında belə gözəl sözlər yazdığınız Sabir müəllim, eyni zamanda çox mühüm bir elmin-İNSANLIQ elminin də akademikidir.

Bu baxımdan o, kiminsə və nəyinsə səbəbinə “professor ” sənədini alanların çoxundan daha yüksəkdə dayanır. Hörmətlə: Bayram Apoyev. 01 avqust 2019-cu il.”

Yuxarıda qeyd etdiyim kimi Sabir müəllim ilə tanışlığım və yoldaşlığım, həmkarlığım cəmi 6 il olub. Az bir vaxtda onun mənim qəlbimdə xüsusi yeri olduğu üçün onu daha yaxından tanımağa çalışmışam.

Məlum oldu ki, Sabir müəllim 28 may 1951-ci ildə Şəmkir rayon İrmaşlı kəndində kolxozçu ailəsində anadan olub. 1968-ci ildə İrmaşlı kənd orta məktəbini bitirərək hımin il də  H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika riyaziyyat fakültəsinə daxil olub. 1973-cü ildə oranı fərqlənmə diplomu ilə bitirməklə orta məktəbdə riyaziyyat müəllimi ixtisası alıb. 1973-cü ildə ailə həyatı qurub dörd oğlu, bir qızı var. Hamısına ali təhsil verə bilib. 1973-cü ildə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda kiçik elmi işçi və iqtisadçı kimi əmək fəaliyyətinə başlayıb və orada 1976-cı ilin sonuna kimi işləyib.

1977-ci ilin yanvar ayının 3-dən 1981-ci ilə kimi 147 saylı kənd orta texniki peşə məktəbində riyaziyyat müəllimi işləyib. 1979-cu ilin isti yay günlərində Kazan şəhərində məqsədli aspiranturaya imtahan verərək iki beş bir dörd alıb. 1979-cu il tarxdə həmin qiymətlər əsasında ETPEİ-nin qiyabi aspiranturasına qəbul olunub. Elmi rəhbəri ETPEİ-nin direktoru Zahid Qaralov olmaqla ona “Kənd orta yexniki peşə məktəblərində riyaziyyat dərslərinin tədrisində şagirdlərin geniş profilli mexanizator peşəsinə yönəldilməsi “ mövzusu verilib.

1981-ci ild Azərbaycan SSR Pedaqoji Cəmiyyətində işləyib. Sonra yenidən  147 saylı kənd orta texniki peşə məktəbinə riyaziyyat müəllimi qayıdıb. Bu müddətdə əməli  və praktiki işlərinin nəticəsi olaraq 1985-ci ildən metodist müəllim adına layiq görülüb.

Yaxşı yadımdadır Sabir müəllim, 1985-ci il tarixdə Tbilisi şəhərində Y.S.Qoqebaşvili adına ETPEİ-də namizədlik dissertasiyasını uğurla müdafiə edə bildi.

1985-ci ildə institut rəhbərliyi ona etimad göstərərək  ETPEİ-nin Əmək təlimi və texniki peşə təhsili şöbəsinə kiçik elmi işçi vəzifəsinə işə götürdü.

1987-ci ildən baş elmi işçi vəzifəsinə seçildi. 1990-cı ildən İnstitutda yeni yaradılmış kənd məktəbi problemləri şöbəsinə müdir təyin edildi. Həmçinin ona etimad göstərərək İnstitut Azad Həmkarlar Təşkiklatının sədri, Gənc Alimlər Şurasının sədri, Respublika Pedaqoji Mühazirələrinin Təşkilat Komitəsinin üzvü seçmişdilər. Bunların hər biri çox ağır və məsuliyyətli vəzifələr idi. Lakin Sabir müəllim özünün təşkilatçılıq bacarığı, tükənməz enerjisi, böyük-kiçik yeri bilmək ədəb-ərkanlığı, hamıya qarşı diqqəti-qayğısı sayəsində onların hamısının öhrəsindən bacarıqla gəlirdi.

Həmkarlar təşkilatının xətti ilə yaşlı yoldaşların yubileylərini yüksək səviyyədə keçirir, əməkdaşlara birbaşa fermalardan süd gətirib paylayır, kartof alır-paylayırdı. Onun fərqli cəhəti ondan ibarət idi ki, institut həyatında ömrünü qoyan, lakin pensiyaya çıxıb evində oturan əməkdaşları müəyyən edib həmin paylardan onların evlərinə aparıb onları da ağırlayır, paylarını verərək həmin evlərə özü ilə bir dünya nur da aparırdı.

Həminərəfədə elmi rəhbəri, institutun direktoru Z.Qaralovun da 60 yaşı tamam olmuşdu. O, isə bunu qeyd etməyə razılıq verməmişdi. Buna baxmayaraq Sabir müəllim gizli şəkildə “Z.Qaralov-60. Biblioqrafik göstərici”sini  hazırlamışdı. Zahid müəllim doktorluq dissertasiyası müdafiə edib qurtardıqdan sonra müdafiə şurasının sədri birinci Sabir müəllimə söz verəndə zalda hamı təəccüblənmişdi.Sabir müəllim tribunaya qalxıb Zahid Qaralov məktəbinin 100 nəfərdən çox yetirməsindən biri olduğunu bildirdikdə və onun xəbəri olmadan bu kitabçanı öz vəsaiti hesabına gizli şəkildə buraxdırdığını bildiirməkləmüdafiə şurası üzvlərini bir nəfər kimi ona səs verdikdə öz sıralarına əvəzolunmaz bir həmkarlarını gətirəcəklərini xatırlatdıqda elmi rəhbərinin gözləri sevinc yaşları ilə doldu. Bax, bu nailiyyətlər hər yetirməyə və hər elmin rəhbərə nəsib olmadığı üçün həmin dövrdə Sabir müəllim nəyə qadir olduğunu bir daha əyani şəkildə göstərirdi. O, dövrdə onun belə hərəkətləri, onun bir həmkarı kimi məni də ona qarşı məftun edirdi.

1991-ci il tarixdə SSRİ AAK tərəfindən ona “Baş elmi işçi attestatı” verildi. Bu illərdə Sabir müəllimin 100-dən çox elmi məqaləsi respublika və ittifaq miqyasında çap olunmuşdu. Həmçinin qəti yadımdan çıxmaz, bu illərdə o,bir neçə dəfə pespublika və ümumittifaq pedaqoji mühazirələrinin məruzəçisi də olmuşdu. Bu səbəbdən də o, dəfələrlə SSRİ Pedaqoji Elmlər Akademiyasının, SSRİ və Azərbaycan SSR Maarif Nazirliyinin, SSRİ Texniki Peşə Təhsili Komitəsinin, Marif, Elmi tədqiqat və Ali təhsil İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin fəxri fərmanları və diplomları ilə təltif olunmuşdu.

Tale elə gətirdi ki, 1988-ci ildə Azərb. ETPEİ –nin ( İndi Təhsil Problemləri İnstitutu ) aspiranturasının əyani şöbəsini bitirdim. 1989-cu ildə “ İbtidai siniflərdə diyarşünaslıqdan istifadənin təlimin keyfiyyətinə təsiri ” mövzusunda namizədlik dissertasiyamı müdafiə edərək, pedaqoji elmlər nazmizədi alimlik dərəcəsi aldım. 1991-ci ildə GDU-nun Pedaqogika kafedrasına müsabiqə yolu ilə müəllim keçə bildim. GDU-da 1993-cü ildə baş müəllim, 1994-cü ildə dosent vəzifəsinə seçildim.

Sabir müəllim,mən Gəncədə işlədiyim müddətdə1990- 1995-ci illərdə müntəzəm olaraq H.Zşrdabi adma Gəncə Dövlət Pedaqoji İnstitutunda dövlət imtahan komissiyasının sədri göndərilmişdi. Institutun pedaqoji kollektivi onun qəribə iş üsulundan danışırdı.

Sabir müəllim Dövlət imtahan komissiyasının sədri kimi bütün tələbələri dinləyirmiş. Sonra komissiya üzvlərinə müraciət edirmiş: kimə əla düşür? Kmissiya üzvləri yaranmış ənənəyə uyğun olaraq fərqlənməyə düşənləri sadaladıqda, o təkid edirmiş: mən demirəm kimə əla yazaq? Mən soruşuram: – qrupda kimə əla düşür? Bundan sonra qrupda savadlı tələbələrdən bir neçəsinə oxuduqları müddətdə kafi qiymət almalarına baxmayaraq dövlət imtahanından əla qiymət yazırmış. Daha sonra isə kollektivin yetirdiyi əlaçılara əla yazılmasına etiraz etməzmiş. Həmçinin imtahanın sonunda yazdığı hesabatda institutun yetirdiyi əlaçılarla bərabər 8 nəfər tələbənin də dövlət imtahanına xüsusi səylə hazırlaşdıqlarını, öz üzərlərində işləyərək bütün fənlərdən əla qiymət aldıqlarını xususi vurğulamaqla başqa əlaçılar ilə bərabər onların daelmi tədqiqata cəlb olunmasını məsləhət bilərmiş.  Bunu görən, duyan tələbələr sonuncu imtahana gətirdikləri tortun üzərində “ƏSL İNSAN” yazmalarını xüsusi vurğulamalıyam.

Sevindirici haldır ki, Sabir müəllimin 60 illik yubileyi ilə əlaqədar buraxılmış kitabın adı da “ƏSL İNSAN” oldu.

1995-ci ildə Azərbaycan ETPEİ-dən işdən çıxan Sabir müəllim 10 ildən sonra yəni, 2005-ci ildə yenidən elmə qayıdır. Elmdən ayrıldığı 10 il müddətində isə 5 övladına ali təhsil verir, evləndirir, əllərini çörəyə çatdırır.

Bu dəfə o, elmə doğulduğu kəndin tarixini yazmaq üçün qayıdır. Onun belə mövqeyi onu AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna gətirib çıxarır. Bu institutda işlədiyi 7 il müddətində 40-a yaxın yerli və betnəlxalq konfranslarda elmi məruzələrlə çıxış edir. Həmin məruzələrin başlıqlarının özü dediyimiz fikri təsdiq edir: – “İrmaşlı abidələri”, “İslam və zaman”, “İri şəhərinin izi ilə”, “Naməlum Gəncə abidələri”, “Şəmkir rayonunun qız qalaları”, “Müqəddəs ziyarətgahlar – faktlar, təhriflər, reallıqlar”,  “Qiz qalalarinin yerinin müəyyən olunmasının qızıl qaydası”, “Sağalmaz yaraların yeganə məlhəmi”, “Azərbaycanda xristian etiqadlı türk abidələri”, “Qəribə təsadüflər, müqəddəs insanlar”, “İctimai bəla, sağalmaz yara”, “Qoşa kilsələr xristian etiqadlı türklərin memarlıq abidələridir”, “Azərbaycan Albaniyasında qoşa və üç kilsələrin sirrləri” və s.

Sabir müəllimin çap etdirdiyi kitablar da onun zəngin həyat irsini özündə göstərir: “ŞƏMKİR” Xeyriyyə Cəmiyyətinin məlumat kitabçası. Bakı, 1993;  Zahid İbrahim oğlu Qaralov (Biblioqrafik göstərici). Bakı- 1994.-40 s.; “Tarixdə qalan iz”. Bakı – 2006. 264 s.; “Tovuz memarlığı”. Bakı-2009. – 96 s.;  “Türkdən dönmə ermənilər(Beş dildə). Bakı -2012.-88 s.; “Təbiəıtin və cəmiyyətin bəlaları” (Beş dildə). Bakı-2012. – 148s.; “Azərbaycanda xristian etiqadlı türk abidələri” (dörd dildə). Bakı-2013.-232 s. və “Zəngin tarixi irsin yetirmələri;. Bakı – 2016. – 32 s.

Bütün bunların nətisədir ki, 2016-cı il onun həyatında çox uğurlu olmuşdur: Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfələrə  görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru diplomuna;  Türk dünyası elminin və mədəniyyətinin tərəqqisindəki xidmətlərinə görə həmin Akademiyanın “Beynəlxalq qizil ulduz medalı”na; Almaniyadakı Avropa Təbiət Elmləri Akademiyasının (Hanover, Almaniya) həqiqi üzvü- akademiki seçilmiş; elmi tədqiqatlarındakıl  xüsusi xidmətlərinə görə həmin akademiyanın  “Taclı ulduz” ordeninə layiq görülmüş; Elm və mədəniyyət sahəsindəki böyük xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının  İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsinin(BMT İTŞ BMK) “Şərəf və Vicdan” ordeni iə; xeyirxah əməli işlərinə görə yenə BMT İTŞ BMK-nın  “Qurtuluş və mərhəmət” ordeni ilə təltif olumuşdur. Həmçinin “Xalqın nüfuzlu ziyalısı” mükafatının laureatı olmuşdur.

Bəli, bütün bu araşdırmalardan sonra mən, o qənaətə gəldim ki, haqqında belə gözəl sözlər yazılan Sabir müəllim, eyni zamanda çox mühüm bir elmin – İNSANLIQ  ELMİ-nin də akademikidir. Gördüyünü kimi o, kiminsə və nəyinsə hesabına “professor” sənədini alanlardan deyil, həyatda nə qazanıbsa onların hamısını əməli işlərinin nəticəsi olaraq öz hesabına əldə etmişdir.


 

 

 

Möysüm Cəfərov

Tovuz rayonu

Kirən kənd Bələdiyyəsinin sədri

—————————————-

 

 SABİR MÜƏLLİM OLAN YERDƏ VALLAH, MƏN SÖZ DEMƏYƏ ÇƏTİNLİK ÇƏKİRƏM

 

Salam ey böyük insan-Sabir müəllim!

SizinləTovuz çayxanasında görüşdüyümüz ilk günü yaddan çıxara bilmirəm. 2015-ci ilin 14 avqustunda Kirən İnzibati Ərazi Dairəsi nümayəndəsinin müavini və Bələdiyyə sədri kimi mənimlə rayon İcra Başçı sının qəbulundan sonra rayon rayon mərkəzindəki çayxanasında görüşdük. Siz fərdi iş planınıza əsasən Azərbaycan incəsənəti, memarlığının tarixi və nəzəriyyəsi problemi çərçivəsində Şimali Azərbaycanın Qərb rayonlarının memarlıq abidələrini Tovuz rayonunun abidələri baxımından araşdırmaq, tədqiqat problemini layiqincə yerinə yetirmək üçün rayonumuza gəlmişdiniz. Tovuz   rayonunun 104 yaşayış məntəqəsinin, yəni 102 kənd, iki şəhərnin tədqiqatınızla bağlı hər birində sərbəst şəkildə olmalı idiniz.  Mən Sizin gəlişinizin məqsədini biləndən sonra özümdən asılı olmayaraq indiyə kimi ərazimizə gələnlərin bizi cana doyurduğunu nəzərə alaraq Sizə dediim:

  • Müəllim, yoxsa Sizdə aparatla-zadla qızıl  axtarmağa gəlmisiz? Sizin həmin suala verdiyiniz tarixi cavab sonrakı əməllərinizlə öz təsdiqini tapdı:
  • Mən o qədər cılız deyiləm ki, dəmir-dümür arxasınca Tovuza gələm. Mənim axtardığım həmin dəmir-dümürdən, brilyant-daş-qaşdan qat-qat daha qymətli, tarixi reallıqlar olan tarixi sərvətlərimiz —abidələrimizdir ki, Tovuzda indiyə kimi üzə çıxarılmayıb.

Yenə mən gülümsünərək bildirdim ki, axı, bizim ərazidə heç nə yoxdur? Sizisə cavabında:

– Bu fikirlər bütün kənd rəhbərləri tərəfindən çağrılmış bayatı olduğu üçün bizə doğmadır. Qonşu Əsrik Cırdaxan kəndidndə də nümayəndə həmkarınız belə demişdi. Ancaq qeydə alınmamış 50 abidəni müəyyən etdikdə o da Sizin kimi təəccübləndi. Narahat olmayın Siz də elə olacaqsınız. Çünki mənə yaxşı məlumdur ki, vaxtı ilə Tovuz Gəncə-Tiflis arasında mərkəz olmuşdur. Odur ki, bura zəngin tarixə malik olmaqla çox ehtimal ki, milli qəhrəmanımız Tomrisin yurdudur. Tomris isə Əhəməni imperatoru Kiri məğlub edərək onun başını qanla dolu tuluğa atmışdır. Deməli bu yurd qəhrəmanlıq salnaməsi ilə dolu olmalıdır. Siz narahat olmayın. Sadəcə olaraq 9 para kəndinizin yaşlı ağsaqqal və ziyalı sakinləri ilə bizim görüşümüzü özünüzün iştirakınız ilə təşkil edin.

Mən işlə əlaqədarTovuzda qalsam da sağolsunKirən İƏD nümayəndəsininmüaviniRazimmüəllimi o, Sizinlə Jiquli maşınınızda Kirən kəndinə yola düşdü və tədqiqatınız davam etdi. Gərgin axtarışların nəticəsi olaraq Kirən kəndindən 4, Hacıhəsənlidən 10, Baqqallıdan 25, Mollaayrımlıdan 4, Xınna Kirəndən 6, Qalaboyundan 19, Saladınlıdan 12, Sofulardanisə 14 indiyə kimi qeydə alınmamış abidə müəyyən edə bildiniz. Bu isə yekun nəticədə bizim nümayəndəlikdən 94 qeydə alınmamış abidə demək idi. Hələ bu harasıdır, cəmi Tovuz rayonundan isə 2483 qeydə alınmamış abidə olduğunu müəyyən edə bildiniz. Halbuki, AMEA-nın ümumi araşdırmalarının nəticəsi olaraq 2001-ci il siyahıya alınmasında Tovuz rayonundan cəmi 61 abidə qeydə alınıb. Təkcə Siz isə ondan  41 dəfədən çox (2483:61= 41) abidə müəyyən edə bildiniz.

Allaha şükürlər olsun ki, belə işlərinizin nəticəsi olaraq AMEA-nın əmək veteran olsanız da, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyiniz töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru diplomunun laureatı;  Türk dünyası elminin və mədəniyyətinin tərəqqisindəki xidmətlərinizə görə həminAkademiyanın “Beynəlxalq qizil ulduz medalı”nın laureatı; Almaniyadakı V.Leybnis adına AvropaTəbiətElmləriAkademiyasının (Hanover, Almaniya) həqiqiüzvü-akademiki; elmi tədqiqatlarınızdakı xüsusi xidmətlərinizə görə həmin akademiyanın “Taclıulduz” ordenininin laureatı; Turan Elmlər Akademiyasının (Özbəkistan) həqiqi üzvü-akademiki; elm və mədəniyyət sahəsindəki böyük xidmətlərinizə görə Birləşmiş Millətlər Təşkilatının İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsinin (BMT İTŞ BMK) “Şərəf vəVicdan” ordeninin laureatı; xeyirxah əməli işlərinizə görə yenə BMT İTŞ BMK-nın “Qurtuluş və mərhəmət” ordeninin laureatı; “Qızıl qələm” və “Xalqın nüfuzlu ziyalısı” mükafatlarının laureatı olmusunuz. Bütün bunlara baxmayaraq hələ də pedaqoji elmlər üzrə fəlsəfə doktoru,dosentsiniz. Bunlar respublikanın elm aləmində olan ədalətsizliyin güzgüsüdür. Elə Tovuzdakı tədqiqatlarınızın nəticələrinə görə Siz elmlər doktoru adına və diplomuna çoxdan layiqsiniz. Hələ mən, Köhnə Qala kəndində müəyyən etdiyiniz elmi yenilikləri: Azərbaycan Albaniyasının çarının rezidensiyasının orda olan qədim Xalxal şəhərində olmasını, həmin ərazidə Qafqazda ilk qədim monastrın olmasını və s. demirəm. Belə elmi  yenilikləriniz sonsuz saydadır.

Bax, bütün bunları görüb, onlara əsaslandığım üçün deyirəm ki, Sabir müəllim Siz olan yerdə vallah mən söz deməyə çətinlik çəkirəm.

Çox Sağ olun! Indiyə kimi həmkar eloğlularımızın: Ənvər, Elqam, Razim, Tofiq və Saat müəllimlərin yubileylərinin ağılagəlməz şəkildə təşkil olunmasının və keçirilməsinin səbəbkarı və təşkilatçısı Sizsiniz. Onlardan olsa ay tövbə, yubiley keçirən deyildilər. Bunların hamısı Sizin diqqətinizin və təşkilatçılığınızın sayəsində mümkün olub.

Allaha şükürlər olsun ki, artıq növbədə Sizsiniz. Sizin 70 illik yubleynizi bu yeddi qardaşın hamısının adından təbrik edirəm.Ancaq unutmayın ki, biz Sizin yubileyinizi ata yurdunuz İrmaşlıda keçirəcəyik, biz Bakıya gedən deyilik! Sizdən sonra 7 qardaşdan qalanı mənəm. Allah özü kömək olsun ki, bu yubileyləri hamımızın iştirakı ilə keçirək.

Sabir müəllim, 70 yaşınız mübarək!!

Kirənkənd İƏD, Sofularkəndi

 


 

 

 

 

 

 

 

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR