Sərdar Ünsal: ”Həmişə azad, abad ol, can Azərbaycan!”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün Azərbaycanın müstəqilliyinin bərpa olunduğu gündür. Ötən əsrin sonlarından bizim də doğma yurdumuz sayılan Azərbaycanın yenidən dövlət müstəqilliyinə qovuşmasının səadətini biz də yaşadıq”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türk Ağsaqqalları Birliyi(TAİB)-in İdarə Heyətinin üzvü, İqdır Azərbaycan Evinin rəhbəri Sərdar Ünsal deyib.

O, qeyd edib ki, sovet imperiyasının tərkibində olan Azərbaycan Sovet İttifaqı dağıldıqdan sonra özgürlüyünə qovuşdu. 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti ölkənin dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib və bununla da qardaş ölkəmiz, can Azərbaycanımız müstəqilliyinə qovuşub.

“Azərbaycanın bəxti onda gətirib ki, onun Heydər Əliyev kimi dühası vardı. Müstəqil Azərbaycan böyük dühanın sonsuz sevgisində çiçəkləndi, uğurlu siyasət nəticəsində inkişaf edib güclü dövlətə çevrildi. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına böyük əhəmiyyət və diqqət verən dahi şəxsiyyət iki ölkə arasında əlaqələrin inkişaf strategiyasını da müəyyən edib. Bu gün qüdrətilə öyünən Azərbaycan əmin əllərdədir. Onun layiqli davamçısı, qüdrətli sərkərdəsi bütün türk dünyasının dərdi olan Qarabağı işğaldan azad edərək, bizə Zəfər sevincini yaşatdı. Müstəqilliyin bir daha mübarək, can Azərbaycan! Həmişə azad, abad ol! Azərbaycan xalqını müstəqillik günü münasibətilə bir daha təbrik edirəm!”-deyə TAİB üzvü bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR