İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq – FƏRMAN

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis ediləcək.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, həmin xüsusi nümayəndəliklərə Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.

Müəyyən edilir ki, xüsusi nümayəndə Prezidentin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir.

Xüsusi nümayəndə Prezidentin müəyyən etdiyi ərazi hüdudlarında Prezidentin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR