TAİB-in Gənclər Təşkilatının sədr müavini Daşqın Həsənov: İlham Əliyevin post-müharibə diplomatiyası Makronun məkrli siyasətini iflasa uğratdı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in Gənclər Təşkilatının sədr müavini Daşqın Həsənov: İlham Əliyevin post-müharibə diplomatiyası Makronun məkrli siyasətini iflasa uğratdı – Bakının Münxen 2023-dəki üstünlüyü

Münxen Təhlükəsizlik konfransının 59-cu sessiyasına az sayda dövlət başçıları dəvət almışdı ki, onlardan biri də Azərbaycan Prezidenti İlham Əliyev idi. Dövlətimizin başçısı sessiya zamanı bir sıra rəsmi şəxslərlə görüşlər keçirtdi. Ölkəmiz üçün əsas əhəmiyyət kəsb edən görüşlərdən biri də ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş idi.

Xatırladaq ki, Blinken bu görüşdən öncə İlham Əliyev və Paşinyanla bir neçə dəfə telefon əlaqəsi yaratmış, tərəfləri bölgədə sülhün təmin edilməsi istiqamətində müəyyən addımların atılmasına çağırmışdı. Blinken bundan əlavə ötən il ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə də Vaşinqton və Nyuyorkda üçtərəfli görüşlər təşkil etmişdi.

44 günlük müharibədən sonrakı dövrdə Bakı və İrəvan arasındakı münasibətləri tənzimləmək üçün Moskva, Brüssel və Vaşinqton arasında sanki yarış gedir. Tərəflər arasında görüşlərin təşkilində ilkin dövrlərdə Rusiya fəal roy oynayırdı. Ancaq Avropa İttifaqının prezidenti Şarl Mişel bu prosesdə fəallığını artıraraq tərəflər arasında uğurlu gedişata səbəb olan bir sıra görüşlərin keçirilməsinə nail oldu Brüsselin başlatdığı bu proses nəticəsində tərəflər arasında müəyyən razılaşmalar da əldə olunmuşdu. Uğurlu perspektivlərin ortaya çıxdığı ərəfədə isə Fransa prezidenti Emmanuel Makronun vasitəçi qismində özünü prosesə pərçimləmək cəhdləri Brüsselin başlatdığı prosesi arxa plana keçirdi. Makronun Azərbaycana qarşı qərəzli və birmənalı ermənipərəst mövqeyi Fransanın prosesdə vasitəçi kimi iştirak etməsinə imkan verə bilməzdi. Aydın idi ki, İlham Əliyev kimi milli maraqları hər şeydən öndə tutan prinsipial və qətiyyətli dövlət başçısı Fransaya haqq etdiyi münasibəti göstərəcək. Bakının mövqeyi açıq və konkret oldu – Fransanın olduğu yerdə biz yoxuq. Prezidentdən sitat:

“Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu hansı platformada baş tutacaq?”.
Beləcə İlham Əliyev Makronun məkrli siyasətini iflasa uğratmış oldu.

Münxen TK-nın 59-сu sessiyasında üçtərəfli görüşün ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutması da aydın göstərdi ki, Fransanın bu prosesdə heç bir yeri və rolu yoxdur. Mövcud vəziyyət bu məsələdə Azərbaycanın prinsipial mövqeyi ilə yanaşı, həm də Fransanın birtərəfli ermənipərəst siyasəti ilə şərtlənir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR