“Qələbə paradı bütün dünyaya gücümüzü nümayiş etdirdi” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycanın 44 günlük Zəfər yürüşü Qələbə Paradı ilə yekunlaşdı. Ordumuz 44 gün ərzində bir dəqiqə, bir an belə dayanmadan zəfərə doğru irəlilədi. Nəhayət, 27 ildən sonra Azərbaycan xalqı qələbə sevinci yaşadı. Bu gün Azadlıq Meydanında keçirilən möhtəşəm parad xalqımızın 27 illik arzusudur. Bu parad digərlərindən daha möhtəşəm və fərqli oldu. Çünki bu, 100 illik dövlətçilik tariximizin ilk Zəfər Paradı idi”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini və Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov sosial şəbəkə hesabında Qələbə Paradı ilə bağlı paylaşdığı statusda qeyd edib.

Ramin Əhmədov bildirib ki, bütün dünya 44 gün ərzində Azərbaycan Ordusunun gücünə, xalqımızın iradəsinə və Prezidentimizin qətiyyətinə bələd olub: “Zəfər Paradında nümayiş etdirilən hərbi texnikalar, aviasiya vasitələri, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, eləcə də müasir raket kompleksləri Azərbaycan Ordusunun gücünün göstəricisidir. Biz tarixi qələbəmizi prezidetimizin siyasi iradəsi, yüksək idarəçilik məharəti, əsgərimizin qəhrəmanlığı və Ordumuzun texniki imkanları hesabına əldə etmişik. Düşmən ordusu tamamilə məhv edilib. Hətta düşmənə məxsus texnikanın çox hissəsi qənimət kimi götürülüb və bir hissəsi parad zamanı nümayiş etdirilib. Artıq Azərbaycan dünyada müasir müharibə modeli tətbiq etmiş bir dövlət kimi tanınır. Paradda nümayiş etdirilən texnikaların hamısı illər ərzində aparılan sistemli işin, iqtisadi inkişafın nəticəsində əldə olunub”.

YAP rəsmisi, Prezident İlham Əliyevin həmişə olduğu kimi bu dəfə də xalqa verdiyi sözü tutduğunu deyib: “2 il əvvəl Azadlıq Meydanında keçirilmiş paradı xatırlayaq. Prezident həmin paradda demişdi ki, Azərbaycan torpaqları işğaldan azad olunacaq və orada sancılacaq bayraqlar, Azadlıq Meydanında nümayiş etdiriləcək. Hər şey Prezidentin dediyi kimi oldu. Azərbaycan xalqının 27 illik həsrətinə son qoyuldu. Qarabağ azad edildi və işğaldan azad olunmuş ərazilərdə sancılmış bayraqlar, Azadlıq Meydanında nümayiş etdirildi”.

Ramin Əhmədov Azərbaycanın tarixi qələbəsində Türkiyənin payını da yüksək qiymətləndirib: “Azərbaycanın Zərəf Yürüşündə bizə ən böyük dəstək qardaş Türkiyədən gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında olduqlarını, hər cür kömək göstərməyə hazır olduqlarını bəyan etdi. Qardaş ölkə Azərbaycanı sona qədər tək qoymadı. Rəcəb Tayib Ərdoğanın Qələbə paradında iştirak etməsi Azərbaycan xalqına və dövlətinə verilən yüksək dəyərin təcəssümüdür. Əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə hələ qarşıda daha böyük qələbələrə imza atacaq”. 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR