Uşaqları necə tərbiyə edək?
Gördüklərim, eşitdiklərim məni bu yazını yazmağa vadar etdi.Uşaqların düzgün tərbiyə edilməsi valideynlər üçün daim aktual bir problemdir. Uşaq böyüdən ailələr üçün tərbiyə məsələsi həmişə dəyişməz olaraq qalır. Özüm də pedaqoqam Bir gənc müəllim olaraq həmişə uşaqlara düzgün yol göstərməyə çalışıram. Tərbiyədə təkcə valideynlərin deyil, müəllimlərin də rolu böyükdür.
Ümum Rusiya peşəkar psixoterapevt liqasının həqiqi üzvü, psixoloq Elnarə Emin deyir ki, danılmaz faktdır ki, uşaqların tərbiyəsi ilk öncə ailədən başlayır. Ailədə baş verən cüzi bir nüans da uşağın formalaşmasına təkandır. Uşağı ana-ata tərbiyə etməsi daha məqsədəuyğundur.Artıq uşaqlar 3 yaşdan özlərini dərk edirlər,cinslərini qəbul edirlər və bu yaşdan uşağa şəxsiyyət kimi yanaşılmalıdır. Evdə hər məsələdə onların fikrini öyrənmək mütləqdir. Bu onların inkişafı üçün çox önəmlidir. Adi otağına nəsə mebel almaq istəyəndə belə uşağın hansı rəngi istəyib – istəməməsi soruşulmalıdır. Çünki o yaşda uşağın zövqünün, istəyinin ortaya çıxması valideynin münasibətindən də asılıdır. Belə olmayan təqdirdə uşaq natamam fərd kimi böyüyəcək. Daim narazı və özünəinamsız olacaq. Uşaqlara məcburi heçnə elətdirmək olmaz. Əks təqdirdə daxili ilə konflikt yaşayacaq. Bu da zaman- zaman davranışına təsir edəcək. Təhsil həyatına başlayanda məktəbdə qeyri-etik davranışlar nümayiş etdirəcək və bu da müəllim ilə valideyn arasında ziddiyyət yaşanmasına gətirib çıxaracaq. Valideynlər hər zaman bizə müraciət edəndə deyirlər ki, uşağım məni saymır, mənə cavab qaytarır. Bunun səbəbi belə o valideynin özüdür. Deməli uşağın istəyini nəzərə almadan uşaqda aqresiya yaradacaq göstərişlər vermisiniz. Uşaqlar artıq yeniyetmə vaxtı nə istədiklərini bilməlidirlər, hansı sahəni seçəcəklərini təyin etməlidirlər və valideyn qəti şəkildə onlara diktə etməməlidir sadəcə izahlı şəkildə istiqamət verməlidir. Bunu psixoloqlarla bərabər etsələr daha yaxşı nəticə olar. Çünki ailələr övladın deyil, öz arzularını ortaya qoyur. Əgər uşaq cəmiyyətdə sağlam xarakter nümayiş etdirə bilmirsə, ətrafındakı insanlarla insident yaranırsa, bunun kökündə elə valideyn dayanır. Övladlarına mütamadi zaman ayırsınlar, kiminlə dostluq edir buna fikir versinlər. Valideynlər yeniyetmə vaxtı övladlarında özünü qiymətləndirməni artırmalıdırlar, onların potensiallarına güvənməlidirlər və ən əsası heç kimlə müqayisə etməməlidirlər.
Uşaqlar bizim gələcəyimizdir. Hər bir uşaq öz evinin, valideyninin güzgüsüdür. Uşaq neçə yaşda olursa olsun valideyn üçün həmişə uşaqdır. Tərbiyə təkcə cəza tədbiri ilə deyil. Onlara nəyin düz, nəyin səhv olduğunu izah edin. Cəmiyyətdə özlərinə yer tapmaları üçün daima yanlarında olun. Ana- ata əvvəlcədən müzakirə etsin. Çünki fikirlər üst-üstə düşməlidir. Əks halda tərbiyədən söhbət gedə bilməz. Müəllimlər və valideynlər daim əlaqədə olmalıdır, uşaqlarınızdan hər zaman xəbər tutun. Onlara daima dəstək olun. Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir…
Elşən Ramizoğlu
Oxşar Xəbərlər
- Azər Kərimli ermənilərin əleyhimizə hazırladığı növbəti əks kampaniyanı susdurdu: “Dağlıq Qarabağ xalqı” adlı məfhum yoxdur
- Ərdoğan: “Türkiyə-Uels qarşılaşmasını İlham Əliyev qardaşımla birlikdə izləyəcəyik”
- TAİB-in İdarə Heyətinin üzvləri Nizami rayon Mədəniyyət Mərkəzinin keçirdiyi 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirdə iştirak ediblər