İlham Əliyevdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı SƏRƏNCAM

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvləri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən,  Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilir:

İlqar Fəti-zadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Anar Əliyev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.

Həmçinin, bu sənədlə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamı ləğv edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR