Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında məsafəni nə qədər qısaldacaq?
Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri Naxçıvandan birbaşa Azərbaycana uzanan koridorun açılmasıdır.
Tarixi Azərbaycan torpağı Zəngəzurdan keçdiyinə görə Zəngəzur dəhlizi adlandırılan bu strateji yol bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək.
Eləcə də, fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında məsafəni 400 kilometr qısaldacaq. Bu isə həm xərclərin azalması, həm də ticarətlə məşğul olanlar arasında rəqabət imkanlarının genişlənməsi deməkdir.
Bu dəhliz enerji və ticarət yollarını kökündən dəyişməklə, Azərbaycana çoxlu sayda dividend qazandıracaq.
Ətraflı süjeti təqdim edirik:
Oxşar Xəbərlər
- TAİB-in İdarə Heyətinin üzvü, millət vəkili Ceyhun Məmmədov: “İranda baş verənlər ümumi siyasi arenada gərginlik yaradır”
- Prezident İlham Əliyev: Azərbaycan öz istəyinə nail oldu, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi
- Əhməd Davudoğlu: Xocalı faciəsi insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir