TAİB-in İdarə Heyətinin üzvü, millət vəkili Ceyhun Məmmədov: “İranda baş verənlər ümumi siyasi arenada gərginlik yaradır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İdarə Heyətinin üzvü, millət vəkili Ceyhun Məmmədov Oxu.az saytına İranla bağlı açıqlama verib.

O, açıqlamasında bildirib ki, molla hakimiyyətinin əməlləri beynəlxalq hüquqa ziddir:
“Bu gün İranda yaşayan bütün xalqların azadlıqları, hüquqları əllərindən tamamilə alınıb. Bütün orada yaşayan azərbaycanlılar nə öz dillərində təhsil ala bilirlər, nə məktəbləri var. Bu gün İranda az sayda yaşayan ermənilərin bağçalarının olduğunu, kitablarının, jurnallarının, qəzetlərinin nəşr olunduğunu görürük. Bu da İranın riyakar siyasətini göstərir. Bu gün reallıq ondan ibarətdir ki, bu rejim qonşuları ilə normal münasibət qura bilmir, düşmənçilik həyata keçirir. Əməlləri islam dəyərlərinə tamamilə ziddir”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR