Paytaxt yollarında sürət həddi endirildi
Gecədən başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraitilə əlaqədar yollarda sürət həddi aşağı endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Bildirilib ki, Heydər Əliyev prospekti – Hava limanı, Bilgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Qeyd edilib ki, məqsəd hərəkət təhlükəsizliyini təmin etməkdir. Sürücülərə ehtiyyatlı olmalarını, meteoroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələri tövsiyə edilir.