50-dən çox şəhid ailəsi üzvü DSMF-dən elektron arayış alıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

2021-ci ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə vətəndaşlar tərəfindən 4477 elektron arayış alınıb.

Bu barədə DSMF məlumat yayıb.

Bu arayışların 1566-sı pensiya, 1015-i müavinət və təqaüd, 1081-i fərdi şəxsi hesab, 190-ı ünvanlı dövlət sosial yardımı, 223-ü torpaq pay mülkiyyətçisi, 230-u sosial sığorta şəhadətnaməsinin nömrəsi, 55-i şəhid ailəsi üzvü, 55-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 27-si sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 30-u əlilliyi olan şəxslərə qulluq, 5-i Milli Qəhrəman ailə üzvü ilə bağlı olub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR