“Ölkəmizdə dünya dövlətlərinə nümunə olacaq gənclər siyasəti həyata keçirilir” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycanda 2 fevral tarixinin Gənclər Günü kimi qəbul olunması dövlətin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dünya dövlətlərinə nümunə olacaq gənclər siyasəti həyata keçirilir”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Gənclər Günü ilə bağlı danışarkən deyib.

YAP rəsmisi bildirib ki, ölkə başçısı gənc kadrların dövlət idarəçiliyinə cəlb olunmasına xüsusi diqqət göstərir: “Prezident çalışır ki, gənclərin həyat şəraiti yaxşılaşdırılsın, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə uğurla addımlayır. İndi gənclərimiz Azərbaycanı beynəlxalq müsahibələrdə, idman, musiqi yarışlarında, nüfuzlu universitetlərdə və digər qlobal layihələrdə uğurla təmsil edirlər. Bütün bunlar ölkə rəhbərliyinin gənclərə ayırdığı diqqətin nəticəsidir. Azərbaycan dövlətinin məqsədi yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirməkdir”.

Ramin Əhmədov Azərbaycan gənclərinin Vətən Müharibəsində iştirakına xüsusi diqqət çəkib: “Uzun illər vətənpərvərlik ruhunu yüksəldilməsi və Ordu quruculuğu ilə bağlı aparılan sistemli iş Vətən Müharibəsində öz nəticəsini göstərdi. Azərbaycan gəncliyi öz iradəsini, milli kimliyini, vətən sevgisini İkinci Qarabağ Müharibəsində bir daha ortaya qoydu. Gənc vətən oğulları Prezident İlham Əliyevin rəhbərliyi altında düşməni torpaqlarımızdan qovdu və xalqımızın 30 illik həsrətinə son qoydu. Müharibə zamanı xüsusi şücaət göstərən vətən oğullarının əksəriyyəti Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə yetişən gənclərdir. Onların vətənpərvər ruhda yetişməsi üçün sistemli iş aparılıb. Azərbaycan gəncliyinin daha böyük uğurlara imza atacağına əminəm. Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik edirəm”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR