Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Nazirlər Kabientinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.
“İndiyə qədər 50 minə yaxın vətəndaş peyvənd olunub. Onların əklsəriyyəti səhiyyə işçiləridir”, – hökumətin sözçüsü bildirib.
Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.
Oxşar Xəbərlər
- BMT-nin Baş katibi Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib
- Prezident İlham Əliyev: Azərbaycan öz istəyinə nail oldu, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi
- Ramin Əhmədov:”Dağılan evlər, dinc əhalinin vəhşət yaşaması, körpələrin ölümü erməni vandalizminin missiyası olaraq qalır”