FHN Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlıda fəaliyyətə başladı
Azərbaycan Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.
Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlamışdı.
Oxşar Xəbərlər
- TAİB-in İH üzvü Akif Rufullayev:” “Bacılar”ın bu mövsümdə son teatrlasdırılmıs tamaşası, “bizim” yerli və qastroldakı soysuz daşlarını növbəti dəfə dövlətimizə, iqtidara əsassız və gülünc ittihamlara sövq etdi”
- Təhsillə bağlı son qərarlar açıqlanır – CANLI YAYIM
- Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub