Novruz bayramı milli-mənəvi dəyərlərimizə olan sayğının simvoludur

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Novruz bayramı milli-mənəvi dəyərlərimizə olan sayğının simvoludur

Hələ, İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010- cu il tarixdə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunmuşdur. Novruz bayramı Azərbaycan xalqının çox zəngin incəsənətinin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyin tarixi təcəssümüdür. Novruz bayramı mədəniyyətimizə əlavə çalarlar qatır. Bu, elə bayramdır ki, bu bayramda insanların əhval-ruhiyəsi tamam başqa məcraya istiqamətlənir. Novruz mədəniyyətimizin parlaq səhifələrindən biridir.
Azərbaycan mədəniyyətinin o cümlədən incəsənətinin dünyada tanıdılması istiqamətində Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunçaz rol oynamışdır. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qoruma altına alınmışdır.
Novruz sülhü və tolerantlığı tərənnüm edir.Azərbaycan xalqının milli adət- ənənəsinə görə Novruz bayramımda küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib- becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır, bir sözlə torpağın oyanışı üçün lazımı təsərrüfat işləri yerinə yetirilir. Novruza qədər el adətinə görə 4 çərşənbə qeyd edilir. Sonuncu torpaq çərşənbəsindən sonra insanlar təm- təraqla Novruzun gəlişini gözləyir.
Novruz həm də həmrəylik təcəssümüdür. Çalışaq həmişə bir xalq olaraq həmrəy olaq, xalqın, millətin dəyərlərinə sadiq qalaq.
Bayramınız mübarək!

Mürvət İbrahimov 

Nizami rayon İcra hakimiyyətinin məsul işçisi

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR