Taksi xidməti ilə bağlı qalmaqallı açıqlama verən BNA rəsmisi vəzifəsindən azad edildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qalmaqallı açıqlama vermiş şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb.

Bu barədə Report-a BNA-dakı mənbə bildirib.

Xatırladaq ki, ötən gün Agentlik açıqlama yayaraq H.Babayevin dediklərinin onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini, şöbə müdiri ilə bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan etmiş, lakin bu tədbirlərin nədən ibarət olduğunu açıqlamamışdı.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR