İctimaiyyət polisin pandemiya dövründəki fəaliyyətini necə qiymətləndirir? – AÇIQLAMA

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanda pandemiya dövründə hər bir qurum öz vəzifəsini layiqincə yerinə yetirməyə çalışır. Bu çətin günlərdə Azərbaycan polisi də böyük fədakarlıq nümayiş etdirirərək, əhalinin təhlükəsizliyini təmin edir. Təsüdüfi deyil ki, polis orqanlarının fəaliyyəti ölkə ictimaiyyəti tərədindən də yüsək qiymətləndirilir.

Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov açıqlamasında bildirib ki, pandemiya dövrü digər ölkələrlə yanaşı Azərbaycanı da yeni çağırışlarla üz-üzə qoydu: “Pandemiya dövrü polislərimizin də üzərinə böyük məsuliyyət qoydu. Əminliklə deyə bilərik ki, hüquq-mühafizə orqanlarının əməkdaşları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Onlar bütün yay boyu, isti havalarda əhalinin karantin qaydalarına əməl etməsinə nəzarəti həyata keçirib, karantin postlarında giriş-çıxışa nəzarət ediblər. Həmçinin karantin qaydalarının pozulmaması üçün əhali ilə profilaktik söhbətlər aparılıb”.

Ramin Əhmədov bildirib ki, hökumət “COVİD-19” virusunun Azərbaycan ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə ciddi tədbirlər həyata keçirir: “Hökumətin gördüyü qabaqlayıcı tədbirlərin effektiv nəticələrinin olmasında Azərbaycan polisinin əməyi böyükdür. Çünki görülən tədbirlərə düzgün nəzarət həyata keçirilməsə, əhali qaydalara əməl etməyəcək. Nəticədə görülən tədbirlərin heç bir effekti olmayacaq. Bu baxımda polislərimizin vətəndaşlarla karantin qaydaları ilə bağlı ciddi profilaktik söhbətlər aparması, onlara qaydalara əmək olunmasının vacibliyini vurğulaması çox vacibdir. Bu gün Azərbaycan polisi sözün həqiqi mənasında nümunəvi xidməti ilə seçilir. Hər bir Azərbaycan vətəndaşı polislərimizin fədakar əməyini yüksək qiymətləndirir”.

Milli Məclisin deputatı Musa Qasımlı da Daxili İşlər Nazirliyi əməkdaşlarının pandemiya dövründəki fəaliyyətini yüksək qiymətləndirir: “Ümumiyyətlə, Azərbaycan polisi bütün dövrlərdə nümunəvi fəaliyyət göstərib. Koronavirus pandemiyasının yaratdığı şəraitdə də Azərbaycan polisinin fəaliyyəti yalnız müsbət qiymətləndirilməlidir. Polis günün istisində, yağışda ictimai asayişi qorudu, eyni zamanda insanlarımızın təhlükəsizliyinin qayğısına qaldı. Bu gün Azərbaycan polisi davranışı ilə özünü ən yaxşı tərəfdən göstərə bildi. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı polisə kömək göstərməlidir. Polisə böhtan atmaq, qara yaxmaq olmaz. Belə şəxslər qanun qarşısında cavab verməlidir”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR