" />

Fəttah Heydərov: “Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən müstəqil Azərbaycanımız işıqlı ulduz kimi görünür”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 
“Dünyanın şərqində, qərbində, şimalında, cənubunda insanlığa xas olmayan proseslər gedir. Milli-etnik toqquşmalar, dövlətlərin qarşıdurması, müharibələr insanın qəlbini ağrıdır. Allahın yaratdığı heç bir bəndə müharibə istəmir. Ancaq həyata keçirilən siyasət səhv olanda, yalnız öz iqtisadi maraqlarını güdən ölkələrin fəaliyyəti öndə olanda nələrin baş verdiyi gözümüz önündədir”.
Bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov şuranın iclasında ərz eləyib.
O, qeyd edib ki, milyonlarla insan qaçqın və məcburi köçkün durumuna düşüb, dənizlərdə qərq olur.
“Ölkələrində müharibədən, fəlakətdən, dənizlərdə qərq olmaqdan can qurtarsalar da, sonradan həyatlarını təmin etmələri, iş tapmaları böyük bir problemə çevrilib. Belə bir vəziyyətdə Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən müstəqil Azərbaycanımız işıqlı ulduz kimi görünür. Çünki Azərbaycan bu sahədə bir nümunədir və bu il ərzində görülən işlər də bunu göstərdi. Azərbaycan nümunə göstərir ki, işğala son qoyulsun, problemlər sülh yolu ilə həll olunsun. Baxmayaraq ki, torpaqlarımız 25 ildən artıqdır işğal olunub, yenə də çağırışımız budur ki, torpaqlarımız sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun olaraq azad olunsun. Yoxsa güclü xalqımız, güclü iqtisadiyyatımız, qüdrətli ordumuz var və çox qısa müddətdə bu məsələni hərbi yolla həll edə bilərik. Amma prezidentimizin apardığı siyasət ondan ibarətdir ki, bir gənc, bir ahıl, bir körpə, kim olursa olsun, insanlarımızı sevirik, qayğısına qalırıq, xoşbəxtliyini istəyirik”- deyə Fəttah Heydərov vurğulamışdır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR