İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib. 

Agsaqqallar.az xəbər verir ki , dövlət başçısı İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanıb. Cənab Prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Cənab Prezident ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhəri mərkəzində ucaldılan abidəsini ziyarət edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.

Prezident İlham Əliyev səfər zamanı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

Emil Əmiraslanov

Agsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR